Rusiyaya sanksiya: Siyahıda Azərbaycan vətəndaşı da var
Böyük Britaniya Rusiyaya sanksiyalar çərçivəsində 5 şəxsə və 19 təşkilata məhdudiyyətlər tətbiq edib.
Mozalan.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyi öz saytında məlumat yayıb.
Sənəddə sanksiyaların Rusiya, Azərbaycan, Pakistan və Özbəkistan vətəndaşlarına qarşı tətbiq olunduğu bildirilib.
Bundan başqa, məhdudiyyət tətbiq edilənlər sırasında Rusiyanın “Tatneft” və “Russneft” şirkətləri, həmçinin Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan təşkilatlar da var.



















































