Dec 18

ABŞ-dan Çinə 11 milyardlıq göz dağı: Gərginlik pik həddə çatdı

ABŞ və Çinin hərbi təzyiqi altında olan Tayvan arasında 11 milyard dollarlıq silah satışı barədə razılaşmanın əldə edilməsi Pekinin kəskin reaksiyasına səbəb olub. 

Mozalan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqlədiyini açıqlayıb.

Bildirilib ki, bu satışlar Tayvanın müdafiəsini modernləşdirməklə ABŞ-ın milli və təhlükəsizlik maraqlarını dəstəkləyir. Bu, Çinin təzyiqi altında olan ada üçün bu günə qədər ABŞ-ın ən böyük silah paketidir.

11 milyard dollarlıq paketə  82 HIMARS raket sistemi, 420 Yerüstü Taktiki Raket Sistemi (ATACMS), 60 Haubitsa sistemi və əlaqəli avadanlıqlar, PUA-lar, hərbi proqram təminatı, Javelin və TOW raketləri, helikopter ehtiyat hissələri və Harpoon raketləri üçün təmir dəstləri daxildir.

Yayılan bəyanatda qeyd olunub ki, ABŞ Tayvana özünümüdafiə qabiliyyətlərini qorumaqla yanaşı, regional sülhün və sabitliyin qorunması və asimmetrik müharibənin üstünlüklərindən yararlanmaq üçün əsas təşkil edən güclü çəkindirmə qabiliyyətinin sürətlə qurulmasına kömək etməyə davam edir.

 Rəsmi Pekinin buna reaksiyası gecikməyib. Çin Xarici İşlər Nazirliyi bu addımı pisləyərək, bunun Çin və ABŞ arasında diplomatik razılaşmaları pozduğunu, Çinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi zərər verdiyini və regional sabitliyi zəiflətdiyini bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun ABŞ-ı bölgədə gərginlik yartamaqda ittiham edib: “Bu, Tayvanı barıt çəlləyinə çevirmək bahasına başa gəlir. ABŞ-ın “Tayvan müstəqilliyini” silahlarla dəstəkləməsi nəticədə əks nəticə verəcək. Çini nəzarətdə saxlamaq üçün Tayvandan istifadə etmək uğurlu olmayacaq”.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.022701978683472