Azərbaycan Tacikistana başsağlığı verib - FOTO
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistana başsağlığı verib.
Mozalan.az xəbər verir ki, bununla bağlı Azərbaycanın XİN-in “Twitter” hesabında paylaşım edilib.
“Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunur.
Xatırladaq ki, fevralın 16-da Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Təbii hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.
Hazırda dəymiş zərərin məbləği hesablanır.
Uçqun təhlükəsi fevralın 19-dək davam edəcək.
We express our deepest sympathy over the loss of life and destruction caused by the avalanche in Badakhshan region of #Tajikistan.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) February 17, 2023
We convey our words of compassion to the families and friends of the victims, and wish a speedy recovery for the injured. @MOFA_Tajikistan