İsrail aviaşirkəti 16 ildən sonra ilk dəfə Türkiyəyə uçuş həyata keçirib
İsrail hava daşıyıcıları Türkiyəyə birbaşa uçuşları bərpa edir.
Son 16 ildə ilk sərnişin təyyarəsi cümə axşamı Tel-Əvivdən İstanbula yola düşüb.
Məlumata görə, layner Türkiyə şəhərinə 165 sərnişin, həmçinin dərman preparatları da daxil olmaqla son zəlzələnin nəticələrinin aradan qaldırılması üçün humanitar yardım çatdırıb.
Əlamətdar hadisə münasibətilə Ben Qurion hava limanında İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev və Türkiyənin yəhudi dövlətindəki səfiri Şakir Özkan Torunların iştirakı ilə təntənəli mərasim keçirilib. İsrailli nazir bu hadisəni tarixi adlandırıb və iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, İsrail hava yollarının Türkiyəyə uçuşları 2007-ci ildə iki ölkə arasındakı fikir ayrılıqları səbəbindən dayandırılıb.
Mənbə: TASS