İranda sünni din xadimləri həbs ediliblər - FOTO
İranda sünni din xadimləri həbs ediliblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı Bəluç Fəalları Kampaniyasına istinadla xəbər verib.
Bildirilir ki, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində Rza Rəxşani və Əbdülrəuf adlı bəluc din xadimləri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq naməlum yerə aparılıblar.
Onların həbs səbəbləri barədə açıqlama verilməyib.