Feb 15

Azərbaycan kikboksçularının bu il qatılacağı bəzi beynəlxalq yarışlar təsdiqlənib

Azərbaycan kikboksçularının 2023-cü ildə iştirak edəcəyi beynəlxalq yarışlardan bəziləri təsdiqlənib.

Federasiyanın mətbuat xidmətindən Mozalan.az-a verilən məlumata görə, yerli idmançılar bu il 5 mötəbər yarışda qüvvəsini sınayacaq.

Həmin yarışların siyahısını təqdim edirik:

18 - 21 may / VIII Türk Açıq WAKO Dünya Kuboku (İstanbul, Türkiyə)

30 iyun - 2 iyul / III Avropa Oyunları (Krakuv şəhəri və Mavopolska bölgəsi, Polşa)

25 avqust - 3 sentyabr / Yeniyetmə və gənclərin Avropa çempionatı (İstanbul, Türkiyə)

23 - 28 oktyabr / III Ümumdünya Döyüş Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı)

17 - 26 noyabr / Böyüklərin dünya çempionatı (Lissabon, Portuqaliya)

Bənzər xəbərlər

Gündəm

0.10379600524902