Türkiyədə zəlzələ bölgəsində neçə ölkədən axtarış-xilasetmə heyəti çalışır? - FOTO
Türkiyədə fevralın 6-da baş verən və ölkə tarixinə “əsrin faciəsi” kimi keçən fəlakətlə əlaqədar indiyədək 100 ölkə rəsmi Ankaraya yardım təklifi edib.
Mozalan.az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hazırda zəlzələ bölgəsində 80 ölkədən axtarış-xilasetmə qrupları çalışır. Ərazidə olan əcnəbi xilasedicilərin sayı isə 9 315 nəfərdir.
Daha 4 ölkədən heyət göndərilməsi gözlənilir. Ümumilikdə isə Türkiyəyə 542 əcnəbi xilasedicinin gəlməsi nəzərdə tutulub.
#Deprem bölgelerimize yurtdışından gelen arama, kurtarma ve yardım ekipleri pic.twitter.com/YWIghRrhgO
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) February 14, 2023