Feb 13

Rusiyada mənzildə elektrik skuteri partladı, ana və qızı öldü

Rostovda elektrik skuterinin partlaması səbəbindən mənzildə baş verən yanğın nəticəsində ana və qızı ölüb, ailə başçısı isə xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən biri yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər binanın içərisində 40 yaşlı qadının cəsədini aşkar ediblər. Daha sonra onlar 16 yaşlı məktəbli qızı huşsuz vəziyyətdə tapıblar. Qız həkimlərə təhvil verilsə də, o, təcili yardım maşınında dünyasını dəyişib.

Həmçinin mənzildə 43 yaşlı kişi olub. O, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirliir ki, zərər çəkmiş ailə bu yaxınlarda Ukraynadan Rostova köçüb. Məktəbli qız çoxdan elektrikli skuter arzusunda olub və valideynləri ona istədiyini hədiyyə etmək qərarına gəliblər.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.0348219871521