FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı ötən gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.
Humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.
240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
Prezidentin tapşırığına əsasən, FHN tərəfindən indiyədək doqquz təyyarə və 30 yük maşını göndərilib.