Qaziantepdə 113-cü saatda dağıntılar altından bir nəfər xilas edildi - VİDEO
![](/images/article/big/1676062803.2785.jpg)
Zəlzələlərdən zərər çəkən Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
Dağıntılar altından səs eşidən axtarış-xilasetmə qrupları 18 yaşlı Alihan Yılmazla əlaqə saxlaya bilib. Yılmaz aparılan gərgin iş nəticəsində yaralı olaraq dağıntılar altından çıxarılıb.
Zəlzələnin 113-cü saatında xilas edilən Yılmaz təcili yardımla xəstəxanaya aparılıb.
Mənbə: Anadolu