Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib
“Meta” şirkətinin administrasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” sosial şəbəkələrindəki hesablarını blokdan çıxarıb.
Məlumata görə, hesablara giriş imkanı iki illik fasilədən sonra bərpa edilib.
“Meta” rəhbərliyi qərarını Trampın prezidentliyə namizəd olmaq planları ilə izah edib.
“Biz həmişə inanmışıq ki, amerikalılar ölkəyə rəhbərlik etmək istəyən insanları eşitməlidirlər”, - deyə şirkətin qlobal məsələlər üzrə prezidenti Nik Kleq bildirib.
Qeyd edək ki, bir müddət öncə siyasətçinin nümayəndələri “Meta”ya eks-prezidentin sosial şəbəkə səhifələrini bərpa etmək xahişi ilə məktub göndəriblər.
Xatırladaq ki, “Facebook” və “Instagram” 2021-ci ilin əvvəlində Trampın hesabını bloklayıb.
Mənbə: TASS