Feb 10

Günəş sistemində halqaları olan yeni planet kəşf edilib

Şeffild Universitetinin alimləri Günəş sistemində halqaları olan yeni planet müəyyən ediblər.

Söhbət Günəş sisteminin lap kənarında yerləşən cırtdan planet Kvavardan gedir. Obyekt ilk dəfə 2002-ci ildə kəşf edilib, o, Plutonun yarısı qədərdir və Neptunun arxasında Günəş ətrafında fırlanır.

İndi dünyanın ən böyük optik teleskopu “Gran Telescopio Canarias” (GTC) üzərində quraşdırılmış müasir HiPERCAM avadanlığının köməyi ilə planetin ətrafında halqaların olduğu sübut edilib.

Eyni zamanda, onun halqaları şəkillərdə görünməyəcək qədər kiçik və zəifdir.

Mənbə: lenta.ru

Bənzər xəbərlər

Gündəm

0.039793014526367