Feb 10

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınır - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınır.

“Report”un əməkdaşı xəbər verir ki, 1 ədəd mobil səhra hospitalı, çadırlar və qızdırıcılar göndərilir.

19:45

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür.

Bənzər xəbərlər

Gündəm

0.019987106323242