Zelenski Avropa səfərinə çıxıb
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib.
O, britanialı baş nazir Rişi Sunak və Kral III Çarlzla görüşüb və parlamentdə çıxış edib.
Londona səfərini başa vurduqdan sonra çərşənbə günü axşam Ukrayna dövlət başçısı Parisə gələcək və orada Fransa lideri Emmanuel Makronla görüşəcək.
Məlumata görə, görüşdə Almaniya kansleri Olaf Şolts da iştirak edəcək.
Daha sonra Zelenski cümə axşamı, fevralın 9-da Brüsseldə açılacaq Aİ sammitində iştirak etmək üçün Belçika paytaxtına yola düşəcək. Onun Avropa Parlamentinin xüsusi iclasında çıxış edəcəyi bildirilir.
Mənbə: rbc.ua