İsraildə zəlzələ oldu
Yaxın Şərqdə yeraltı təkanlar davam edir.
Növbəti zəlzələ İsraildə qeydə alınıb.
Onun episentri Qusra yaşayış məntəqəsindən 1 km aralıda yerləşib. Yeraltı təkanların gücü 4 bal olub.
Təbiət hadisəsi İsraillə yanaşı, İordaniya və Fələstində də hiss edilib.