Feb 07

Azərbaycanlı ana və qızı dağıntılar altından çıxarıldı

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas olunub.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib.

"Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir", - məlumatda bildirilib.

Qeyd olunub ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.

Milli.Az

Bənzər xəbərlər

Gündəm

0.031161069869995