“Xarıbülbül“ restoranı prorektor İlham Pirməmmədovun imiş - FOTO
Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun milyonluq mülkə sahib olması barədə məlumat yayılıb.
AzFakt.com xəbər verir ki, mətbuatın yazdığına görə "Xarı bülbül” restoranı sabiq aparat rəhbərinə məxsusdur. İlham Pirməmmədovun vaxtının çoxunu burada keçirdiyi iddia edilir.
Qeyd edək ki, İlham Pirməmmədov hazırda Azərbaycan Texniki Universitetində prorektor vəzifəsində çalışır.
Yayılan xəbərə münasibət bildirilməyib.