Sahil Babayevin daha bir QURBANI... - Aylardır normal qidalana da bilmir...
Göyçay sakini xəstəliyi ilə əlaqədar ona verilən müavinətin dayandırılmasından şikayətlənir
Bunu Göyçay sakini Sahib Salmanov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, əsəb sinir problemi psixoz xəstəliyindən əziyyət çəkir, Bakıda və Kürdəmirdə müvafiq xəstəxanalarda müalicə alıb. S. Salmanov deyir ki, daha sonra xəstəliyi ilə bağlı ona 130 manat təqaüd təyin edilib, ancaq 2021 ci ilin fevral ayında müavinəti dayandırılıb.
Hazırda kirayədə yaşayan sakinin maddi durumu da acınacaqlıdır. Fiziki iş qabiliyyətini itirən Sahib Salmanov bildirir ki, hər ay verdiyi kirayə pulu ilə barəbər komunnal ödənişləri ödəyə bilmədiyi üçün qaz işıq və su xidmətindən də məhrum olub. Aylardır normal qidalana bilmədiyini deyən Göyçay sakini onu ətrafda olan insanların qida ilə təmin etdiyini bildirir.
Sahib Salmanov deyir ki, müxtəlif iddialarla aldığı müavinətdən məhrum olması ilə yanaşı xəstəliyi ilə əlaqədar ona verilən dərmanlarla da təmin edilməsi dayandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən “Gözərçi”yə bildirldi ki, şikayət qeydə alınıb və məsələ araşdırılacaq.