Jun 07

Dövlətə 800 min manat vergi borcu olan MMC kimə məxsusdur?

Son aylar dövrü mətbuatda dövlət satınalmaları yolu ilə atrılan vəsaitlərin təyinatından kənarlaşdırılması ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənməkdidir. Xüsusilə də başqa adamların adına dövlət qeydiyyatına alınmış şirkətlərin yaratdığı vergi borcuna görə yaşlı insanla vergi orqanları tərəfindən göndərilən məktublar barədə də məlumatlar da çoxalıb. Yəni bunun bir növ kütləvi hal olduğu artıq üzə çıxmaqdadır.

Aktualinfo.org apardığı araşdırmalarda tender yolu ilə milyonlarla manat dövlət sifarişi alan 5-10 manat nizamnamə kapitalına malık MMC-lər mövzusuna dəfələrlə toxunub. Belə MMC-lər yüzlərlə,bəlkə də minlərlədir. Onlardan biri də “Tikinti Təmir RR” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 14.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şabran rayonu Bor-Bor kəndi, qanuni təmsilçisinin isə Əmrahov Hüseyin Nurəddin oğlu olduğu göstərilir.

Dövlətə 800 min manat vergi borcu olan MMC kimə məxsusdur?

Qeyd edək ki,2019-cu ilin avqustunda mətbuatda yer alan məlumatlara görə Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrində MMC-nin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımov kimi göstərilib.

Cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC “Azərişıq” ASC tərəfindən keçirilmiş, Abşeron rayonu ərazisində torpaq sahələrinin suvarma sisteminin və Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində yerləşən aqroparkın xarici elektrik təchizatı işləri üzrə 1 549 306.76 manat, Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması üzrə 316 800 manat,Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının Qusar şəhər yollarının əsaslı təmir işlərini aparılması üzrə 434 479.95 manat məbləğində tenderlərin qalibi olub.

Qeyd edək ki,2019-cu ilin yanvarında dövlət qeydiyyatına alınmış MMC apreldə Qusar rayon İcra Hakimiyyəti başçısının sifarışi əsasında Qusar şəhər yollarının əsaslı təmir işlərini aparıb.Dövlət satınalmalarının rəsmi portalında cəmi 3 tenderdə iştirak etmiş, 2 300 586 manat dəyərində dövlət sifarişi almış MMC-nin bu günə 828 317.44 manat vergi borcu olduğu göstərilir.

MMC-nin dövlətə olan vergi borcu onu göstərir ki, kifayət qədər iri məbləğli satınalmalarda iştirak edib. Lakin onların böyük əksəriyyəti ictimaiyyətdən gizlədilib. Məsələn 12.04 2019-cu ildə Siyəzən Rayon İHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinin “Yolların əsaslı təmiri”, “Şəhərin abadlaşdırılması” və “Mənzil fondunun əsaslı təmiri” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Tikinti Təmir RR” MMC qalib elan olunmuş və müvafiq satınalma müqavilələri bağlanmışdır. Amma ayrılmış vəsait barədə heç bir məlumat göstərilməmişdir.

Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə “Tikinti Təmir RR” MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə 2019-cu il iyulun 3-də satınalma müqaviləsi bağlanılmışdır.

Lakin ayrılmış vəsait barədə heç bir məlumat verilməmişdir. Bəlli olan odur ki,MMC-nin qalibi olduğu bir çox tenderlərdə müqavilələr formal olaraq bağlanmış, satınalmaların vahid portalına yerləşdirməmişdir. Bir növ gizlin həyata keçirilmişdir ki,nəticədə vergiyə ödəniləcək pullar mənimsənilmişdir. Maraqlıdır bu MMC-kimə və yaxud kimlərə məxsusdur. Sıradan bir nəfər,yəni MMC-nin qanuni təmsilçiləri kimi göstərilən Qasımov Samir Ələmdar oğlu da, Əmrahov Hüseyin Nurəddin oğlu da belə bir ağır yükün altına girə bilməzlər. Bəs onda dövləti talayan,1 milyon manata yaxın vergi borcu yaradan bu MMC-nin arxasında kimlər dayanır. Bu təbii ki, rayonlarda sifarişlərini həyata keçirən İcra başçılarına da aid deyil. Bu MMC-ni Bakıdan kimlər edib? Aydınlıq gətirilməsi vergi və hüquq mühafizə orqanlarının üzərinə düşür.
Aktualinfo.org

Bənzər xəbərlər

Gündəm

0.016389131546021