May 25

Abşeron yol polisi inspektoprundan nazirə şikayət-FOTOFAKT

Sürücünün qayda pozması, buna görə məsuliyyətə cəlb olunması, yaxud da haqsız incidilməsi məsələnin başqa tərəfidir. Buna qədər polislə vətəndaş arasında baş verən ünsiyyət də heç şübhəsiz ki, qanunla müəyyən olunmalıdır. Bəzən biz yollarda yol polisinin hərəkəti tənzimləyərkən səsucaldanla sürücülərə kobud şəkildə qışqırmasının, onlarla qanuna zidd davranışının, nəticədə isə sürücü ilə insident yaranmasının da şahidi oluruq. Qeyd edək ki, sivil ölkələrdə ümumiyyətlə polis vətəndaşlarla çox etik davranır. Polisin insanlarla kobud davranışı bizə SSRİ-dən qalan miras olub. Təəssüf ki, biz hələ də bundan tam qurtula bilməmişik. Maraqlıdır, yol polisinin ümumiyyətlə vəzifə və səlahiyyətləri nədən ibarətdir?

Müfəttiş sürücüyə necə yaxınlaşmalıdır, necə davranmalıdır, ondan hansı tələbləri etmək hüququna malikdir?
“Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi qaydaları aşağıdakılardır:

  1. Bu qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək;
  2. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq;
  3. Xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını) özündə saxlamaq;
  4. Yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək;
  5. Yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək;

Yol polisi həmçinin, cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək) səlahiyyətinə malikdir.

Təəsüf ki, bir çox hallarda yol polisləri buna riayət etmir. Nəticədə vətəndaşla polis aasında narazılıq yaranır.

Abşeron rayonu, xIrdalan şəhərində yaşayan Mahir Əliev adlı vətəndaş da yol polisindən şikayətçidir və nazir Vilayət Eyvazova sosial şəbəkə vasitəsilə müraciət edib.188423518_509178860281032_3150028739873950925_n

Şikayətçi bildirir ki, ona məxsus “Mazda 3” markalı, 01 –BN-  999 Dövlət Nömrə nişanlı avtomoli sürücülüh hüququ verdiyi Gündüz Mansurov içkili halda saxlanılıb. Və avtomobili 15i saylı Siqnal Idarəsinin duracağına qoyublar.

Avtomobili duracağa atan Xalid adlı inspektor səhlənkarlıq edib. Mahir Əliyev avtomobili duracaqdan götürməyə gedəndə maşının açarı tapılmayıb.  Vətəndaşin əmlakı ilə sanki düşmən malı kimi yanaşılıb. Avtomobili özünə qaytarmayıblar.

Verlilən akta baxanda (fotosun təqdim edirik) görünür ki, duracağn işçisindən başqa imza yoxdur, təhvil kim verdi, kim aldı bilinmir. İmza yoxdur. Sonradan vətəndaş gedib evdən maşının köhnə açarın tapıb və məhz bundan sonra avtomobilin duracaqdan götürüb.

Ümumiyyətlə isə Abşerondakı Xalid adlı inspektordan çox sayda şikayət var. Vətəndaşlarla davranışını bilməyən bu inspektorla bağlı ölçü götürməyin vaxtı çatıb.

Məsələyə qayıdacağıq.

Bənzər xəbərlər

Gündəm

0.017009973526001