May 21

Cəlilabadın bağçalarında uşaqlar susuzluqdan qırılır…- Məmurlar 75 min pulu yeyib

“Cəlilabadda uşaq bağçalarının aylardır ki, suyunu kəsiblər. Uşaqlar susuzluqdan qırılır, rayon rəhbərliyinin isə Su İdarəsinə 75 min su borcu var”.
Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad filialının sədri, birinci qrup Qarabağ əlili Maşalla Əliyev deyib. M.Əliyev bir ağsaqqal kimi insanların hər gün ondan kömək istədiyini bildirib:

“Cəlilabad rayonunda uşaq bağçalarının suyunu kəsiblər. Uşaq bağçalarına “haqq” qoyan və indi həbsdə olan korrupsioner məmurlar 75 min manat pulu yeyib, suyun pulunu köçürməyiblər. Bizdə “Fidan” uşaq bağçası var, orda 120 nəfər uşaq, 20 nəfər isə müəllim var. Müəllimlər düşüb çöllərə bağçaya su daşıyırlar. Cəlilabad şəhər icra nümayəndəsi isə qeybə çəkilib. Hansı ki, bağçalara cavabdeh şəxs odur. Mən bir neçə dəfə Su İdarəsinə müraciət etmişəm və hörmət edib suyu veriblər. Amma bildiriblər ki, su borclarını ödəsinlər. Bu məmurlar bizim balalarımızın gələcəyini bu şəkildə korlayıb, məhv edirlər. Bizim qazilərimizin uşaqları uşaq bağçasında zülm çəkir. O gün gedib gördüm ki, uşaqların anaları ağlaşırlar. Ayaqyolu da bağçanın içindədi və üfunət qoxusundan bağçada durmalı deyil. Bütün bağçaların hamısının suyunu kəsiblər. Axı bizim orda gələcəyimiz olan övladlarımız var. Ayıbdı, belə olmaz axı. Bu məmurlar Yeziddilər? Müharibədə qələbə çaldığımız üçün bizdən qisas alırlar?! Mən xahiş edirəm bu problemi ictimailəşdirin”.

Bənzər xəbərlər

Gündəm

0.017035007476807