Apr 09

“Media haqqında” yeni qanunda hansı yeniliklər olacaq?

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Media haqqında” yeni qanun layihəsinin yekunlaşmaq üzrə olduğunu bildirib.
İcraçı direktor hazırda layihənin işçi qrupda müzakirəsinin davam etdirildiyini qeyd edib.

Maraqlıdır, sözügedən layihədə nə kimi yeniliklər ola bilər? Qanunda hansı müddəalar öz əksini tapmalıdır?

Məsələ ətrafında Sfera.az-a danışan media eksperti Ələsgər Məmmədli bəzi subyektlərin qanunun hazırlanma mexanizmində iştirakının vacib olduğunu qeyd edib:

"Mövcud prosedurun daha geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilməsinin tərəfdarıyam. Yəni əgər bir layihə hazırlanırsa, burda medianın hüquqi tənzimlənməsini bilən vətəndaş cəmiyyətinin nümayəndələri, həm də müəyyən mənada mediaya əmək sərf etmiş ictimai qurumlar aktiv iştirak etməlidir.
Azərbaycanda mövcud qanunvericilik Avropa Şurasına daxil olarkən formalaşıb. Həm KİV haqqında qanunun yenidən nəzərdən keçirilməsi, həm də teleradio yayımı haqqında qanun, İctimai Televiziya haqqqında qanun bilavasitə 2001-2005-ci il arası Azərbaycanın Avropaya inteqrasiya dönəmində reallaşıb. Bundan sonra həmin qanunlara bir çox müdaxilələr olub. Yeni media qanunu isə asılılıq təhkimindən imtina etməlidir".

Ekspert qanunda bir sıra dəyişikliklərin olmasını və yeniliklərin əlavəsinin zəruriliyini diqqətə çatdırıb.

"Bundan başqa ictimai yayımın bütün sistemi dəyişməlidir. Yeni layihə qanundakı məhdudiyyətlər konvensiyasının 10-cu maddəsi çərçivəsində olmalıdır. Bu kimi meyarlara mütləq diqqət edilməlidir”.

Bənzər xəbərlər

Gündəm

0.037925004959106