Apr 09

Qoşqar Təhməzlinin QARA BAZARI... - İTTİHAM

70 il sovet dönəmində, 20 ilə yaxın isə müstəqillik dövründə Kənd Təsərrüfatı Nazirliyi ( KTN ) yanında Dövlət Baytarlıq Xidməti fəaliyyət göstərmişdir.
Məlumat üçün qeyd edək ki, baytarlıq xidməti çox geniş sahəni əhatə edir.
Ölkə ərazisindəki iri buynuzlu, xırda buynuzlu mal-qara, göydə uçan quşlar, ev quşları, çaylardakı, dənizlərdəki, göllərdəki balıqlar, at, eşşək, dəvə və s kimi minik, yük heyvanları və s baytarlıq xidməti sferasına aiddir. Yəni baytarlıq xidməti hər cürə heyvan xəstəlikləri ilə mübarizə aparır.
Xidmətin sahəsi bununla yekunlaşmır. Həm də bazarda və ticarət mərkəzlərində satılan heyvan mənşəli bütün qidalar, qatıq, şor, pendir, ət, süd, ov quşlarının əti və s baytarlıq xidmətinə aiddir.
Hələ ölkəyə idxal olunan heyvanlar, quşlar, heyvan mənşəli məhsullar, eyni zamanda ixrac etdiyimiz heyvan məhsulları mütləq baytarlıq nəzarətindən keçməli və rəsmi olaraq təsdiqlənməlidir.
Yəqin oxucuda baytarlıq xidməti ilə bağlı müəyyən təsəvvür yarada bildik. Təxminən 100 il ( 70 il sovet + 20 il müstəqillik ) bu geniş sahə bayratlıq xidmətinin ciddi nəzarətində olub. Təssəvvür edirsiniz, hər rayonda, hər kənddə, hər bazarda, kəsim sexlərində baytarlar fəaliyyət göstərirdi.
Hər bazarda laboratoriya var idi. Hər gün satılan ət, balıq, şor, pendir laboratoriyada analizdən keçirdi. Və baytarlıq xidmətinə görə, iribuynuzlu mal üçün 2 manat, qoyun üçün 1 manat dövlətə rüsum ödənilirdi.
Əlbəttə, bu sahənin özünün də müəyyən problemləri var idi. Amma...
2017-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( QİDA) yaradıldı və Allah qoymasa Qoşqar Təhməzlini QİDA-ya sədr təyin olundu. Və baytarlıq xidmətinə aid olan əksər fəaliyyət növləri QİDA-ya verildi. Təsəvvür edin bazarlardakı bütün laboratoriyaları Qoşqar Təhməzlinin əmri ilə yığışdırdılar.
Qoşqar Təhməzli göstəriş verdi ki, bazarda satılan ət kəsim sexlərində həkim nəzarətindən keçməli və sonra bazarda satışa çıxarılmalıdır.
Deməli, qəssab 1 dana kəsmək üçün maşın tutmalı, dananı Bakının Keşlə qəsəbəsində yerləşən kəsim sexinə aparmalı, orada analiz verməli, sonra maşın tutub dananı bazara gətirməli və kəsməli, satmalıdır.
Yaxud Bakıya bazarda şor satmağa gələn Fatmanisə qarı şorunu aparıb Nərimanovdakı laboratoriyada analiz edəndən sonra aparıb Suraxanı bazarında sata bilər.
Bax, beləcə mövcud sistem dağıdıldı və yerində Qoşqar Təhməzli əcaib bir qurum yaratdı.
Ona görə də bu gün bazarlarda iylənmiş balıq , göyərmiş şor iyindən dayanmaq olmur. Küçələrdə balıq, ət satırlar. Heç bir nəzarət yoxdur.
Sonra da deyirik ki, ölkədə xərçəng xəstəliyi baş alıb gedir. İnsanların müxtəlif xəstəliklərə tutulmasının başlıca səbəbi nəzarətin olmamasıdır.
Peyğəmbər əfəndimiz buyururdu ki, biz yediklərimizin cəmiyik.
Hazırda pandemiya dövründə biz nələr yeyirik, indi özünüz təsəvvür edin.

Əlbəttə, bu məsələdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin də günahı var. Məlumat üçün qeyd edək ki, allah qoymasa Baytarlıq Xidmətinin adı indi də Aqrar Xidmətlər Agentliyi olub. Sədri isə Seymur Mövlayevdir.
Özü də ASAN xidmətdən gəlib. Əlavə şərhə ehtiyac varmı ?
 //gundelik-baku.com//

Bənzər xəbərlər

Gündəm

0.016309022903442