Dec 30

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçrənin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

Mozalan.az -ın əldə etdiyi xəbərə görə, qurumun nümayəndələri məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə daim ünsiyyətdədir.

Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki məsələlər həll olunur.

Qeyd edək ki, bu, eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əsasnaməsindən irəli gələn məsələdir. Qurumun sənədinə əsasən, müəyyən müddət xarici ölkələrdə yaşamış və xüsusi xidmətləri olan şəxslərin cənazəsi Azərbaycana gətirilir və burada dəfn olunur.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bənzər xəbərlər

Gündəm

0.02824592590332