Dec 22

Qazi polkovnik-leytenant Yol polisi tərəfindən şərləndiyini deyir -ŞİKAYƏT

Məmmədov Azad Mahmud oğlu  yol polisində üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət yazıb. Həmin müraciəti təqdim edirik:

 

 

 

“Mən, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranı, 27 il Silahlı Qüvvələrdə xidmət etmiş, ehtiyatda olan polkovnik-leytenant Məmmədov Azad Mahmud oğlu, 07.10.2020-ci il tarixində, saat 8.10 radələrində 30 km sürətlə, tıxacda Nobel prospektində (Nargilə kafesinin yaxınlığında) hərəkət etdiyim zaman DYP-n 99-YP-498 nömrəli maşınının ekipajı tərəfindən maşınımın arxa STOP işıqlarının birinin yanmaması səbəbindən yalandan saxlanılmışam. Belə ki, inspektor mənə bu barədə deyəndən sonra, mən maşından düşərək həqiqətəndə STOP işığının yanmamasını mənə göstərilməsi üçün onlardan xahiş etdim. Lakin onlar mənim bu xahişimi rədd etdilər. Mən yaxınlıqda olan taksi sürücüsündən mənə kömək etməsini xahiş etdikdə, onlar bunada imkan vermədilər. Mənim sənədlərimi götürərək məni öz xidməti avtomobillərinə dəvət etdilər. Məndə tabe olaraq avtomobilə əyləşdim. Bundan sonra onlar mənim içkili olduğumu bildirərək müayinədən keçməyə dəvət etdilər. Mən buna etiraz etdim və polis əməkdaşları  tabe olmadığım üçün post patrul çağırdılar. Mən tabe oldum və polis serjantı mənim maşınımın sükanı arxasında oturub (yolda 3-4 yerdə yol hərəkət qaydalarını pozaraq) tibbi yoxlamaya gətirdi. Ordada mən içkili olmadığım üçün müayinə olmağım barədə həkimdə yoxlamağıma etiraz etdim. Sonradan mənim maşınım duracağa gətirildi və təhvil təslim zamanıda müəyyən qanun pozuntularına yol verildi.

 

Mənə qarşı görülən bir sıra qanun pozuntularının qısa şərhi

 

 AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

№ Q25-001-17 (12.05.2017)

 

“Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə

  1. İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı

 

8.1. Dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür (fotoşəkil və video materiallar təqdim olunmadı).

8.2. İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. (yerində protokol və qərar tərtib olunmadı)

8.5. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xəta törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir (verilmədi).

8.7. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. (tərtib olunmayan protokola imza etməkdən və ya öz iradımı qeyd etməkdən imtina etməmişəm, vəzifəli şəxs videogörüntüləri və səs yazısını mənə təqdim etmədi)

8.21. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verildikdə sənədin kötüyünə (Təlimata 20 nömrəli əlavə) imza etdirilməklə BDYPİ-nin mərkəzi informasiya sistemində bu barədə qeyd aparılır və sənədin kötüyü inzibati təcrübə üzrə baş inspektorlara (inspektorlara) və ya bu vəzifələrin icra olunması həvalə edilmiş digər vəzifəli şəxslərə təhvil verilir. (göstərilən maddənin tələbinə mənə heç bir sənəd təqdim olunmadı)

 

Dövlət tərəfindən böyük vəsaitlər hesabına alınmış YPX avtomobillərində quraşdırılan nəzarət sistemi vasitəsilə aşkar olunan yol hərəkət qaydalarının (STOP işığının yanmaması xırda inzibati xətadır) pozulması faktı birbaşa sürücünün ünvanına göndərilməlidir. Səhər saat 8 radələrində Nobel prospektinin (tıxacın pik vaxtı) sağ zolağında iki avtomobilin (YPX və mənim avtomobilim) 50 dəqiqə ərzində saxlanılması nəyə lazımdır ? Ən azından qabaqda olan yan küçələrə dönüb orda araşdırma işini aparmaq olardı. (yoldan keçən sürücülər və piyadalar mənim haqqımda  nə düşündüklərini deyə bilmərəm)

Saxlandıqdan sonra mənim avtomobilimin arxa STOP işığının birinin nasaz olmasını göstərmək üçün dəfələrlə xahiş etməyimə baxmayaraq YPX əməkdaşları (mən bu haqda onlara iradımı bildirəndə onlar gülümsəyərək belə cavab verdilər, “biz gördük yanmırdı, sonra düzəldi”) tərəfindən icra olunmamasının səbəbi nədir ?

 

Avtomobilin saxlanılması üçün səbəblər

 

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda;

2) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

3) analoji nəqliyyat vasitəsinin (rənginə, markasına və xüsusi əlamətlərinə görə) axtarışda olması;

4) nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

5) sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti;

6) hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (nəqliyyat vasitəsinin əsaslandırılmamış aşağı sürətlə idarə edilməsi, hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən, yolun çiyninə qismən çıxmaq, əsassız tormozlama və ya sürətləndirmə və digər hallar) və bu hal digər hərəkət iştirakçılarına təhlükə yaratmasını ehtimal etməyə əsas verdikdə;

7) nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;

8) nəqliyyat vasitəsinin alın şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;

9) xüsusi tədbirlər keçirildikdə (yaxalama, reyd və digər);

10) «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar yol-patrul xidməti postlarında;

11) nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi məlumat sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə (göstərilən maddələr üzrə heç bir inzibati xəta törətməmişəm).

Saxlanma səbəbini araşdırmadan YPX əməkdaşları məni niyə öz avtomobillərinə dəvət etdilər (qanuna zidd fakt) ? Dərhal mənim avtomobilimin arxa STOP-u düzəldi və mənim içkili olduğum barədə şübhə yarandı. 

    Sürücünün içkili olmasının təyin olunması üçün bir neçə səbəb var:

  • Öncədən yol hərəkət qaydalarının pozulması;
  • Hərəkət zamanı avtomobilin sürülməsində vizual görünən hərəkətlər;
  • Qəza zamanı (məcburi qaydad müayinədə keçirilməlidir);
  • Və digər.

Yuxarıda göstərilən törətdiyim birinci inzibati xəta mənə sübut olunmadan dərhal içkili olduğumu YPX əməkdaşı necə təyin etdi ? Əgər belə hiss etmə qabiliyyətinə görə insanlar bu parametrlərlə yol polisi əməkdaşı vəzifəsinə təyin olunurlarsa, belə çıxır hiss etməklə yol polisi insanda olan xəstəlikləri, onun nə fikirləşdiyini, sutka ərzində nə yediyini və ya bir saatdan sonra insanın başına nə gələcəyini təyin edə bilər.

13.6. YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:

13.6.1. nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;

13.6.2. sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olduğu halda; (kifayət qədər əsas anlayışı nə deməkdir, bu necə təyin olunur?)

   13.6.3. nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün.

YPX avtomobilinə oturan kimi mənə hüquqlarım başa salınmadan YPX avtomobilinin “bardaçok” deyilən yerindən əməkdaşın əlində tibbi əlcəyi olmadan, qoruyucu müştüksuz müayinə aparatının, dezinfeksiya edilmədən mənim ağzıma tərəf uzadılması, PANDEMİYA dövründə təyin olunmuş qanun və tələblərin riayət olunmasına tam ziddir. Bu anti-sanitar müayinə aparatına etiraz etdiyimə görə yenədə heç bir gigiyenik qaydalara riayət olunmadan YPX avtomobilinin arxa oturacağından mənə digər müayinə aparatı təqdim olundu. Bu aparatın sertifikatını tələb etdikdə mənə aparatın üstündə olan “qaloqrammalar” göstərildi və “bu sertifaktdır” deyə izah olundu. Mən yenədə bu qaydada müayinədən keçməyə etiraz elədim. (məni YPX avtomobilnə sənədlərimin yoxlanılması üçün dəvət etdilər, maska geyinmədiyimədə irad bildirmədilər)

Tibbi müayinəyə getməkdən öncə mənim avtomobilimi texniki ekspertizaya aparılması ilə bağlı bir neçə dəfə polis əməkdaşlarına müraciət etməyimə baxmayaraq, onlar tərəfindən buna əməl olunmadı. Yerində STOP nişanının nasaz olmasına görə protokol tərtib olunmadı və müraciətimə məhəl qoyulmadı.

  1. Nəqliyyat vasitələrinin müşayiət olunması qaydası

  Əsas qanun pozuntularından biridə aşağıda göstərdiklərimdi: Müayinədən keçməkdən imtina etdiyimə və post patrul xidmətinin çağırılmasına etiraz etmədiyimə görə 90 YP 498 nömrəli avtomobilin polis nəfərləri 40 dəqiqə ərzində müxtəlif yerlərə zəng vuraraq (mobil telefon vasitəsilə) heç kimi hadisə yerinə çağıra bilmədilər. 20 dəqiqə keçəndən sonra hadisənin “ciddiliyini” nəzərə alaraq çevik polis alayının əməkdaşlarını hadisə yerinə çağıtdırdılar. Ən əsası məni hadisə yerinə gələn çevik polis alayının avtomobilinə əyləşdirmədən, çevik polis alayının kapitan rütbəli əməkdaşı mənim avtomobilimin arxa oturacağında oturaraq, sükan arxasında 99 YP 498 nömrəli avtomobilin əməkdaşı avtomobilimi idarə edərək, məni Cəfər Cabbarlı kücəsində yerləşən müayinə məntəqəsinə gətirdilər. (tibb məntəqəsinə daxil olanda isə maskasız olduğum üçün həkim mənə irad tutdu və mən dərhal maskanı taxdım, qanunu pozmuşumsa mənə inzibati cəza verilməsinə hazıram)

Əgər fiziki cəhətdən heç bir tabesizlik göstərmirəmsə, mənə qarşı deyilən sözlərə nəzakətlə cavab verirəmsə, özüm əməkdaşın göstərişinə əsasən hər bir istiqamətdə hərəkət edəcəyimi bildirirəmsə, niyə əvvəlcədən məni bu qaydada müayinə yerinə aparmadılar ?.  Tibbi müayinədən keçməməyimi sadəcə olaraq öz raportlarında qeyd edə bilərdilər. Bakı şəhərində komendant rejimi tətbiq olunan bir zamanda çevik polis alayının əməkdaşlarının çağırılmasına nə ehtiyac var idi ? Mən harasa getməyə etiraz etməmişdim, qanunlarda göstərilən qaydada xətanın araşdırılmasını xahiş etmişdim.

Növbəti qanun pozuntuları: Hadisə yerindən mənim avtomobilimi müşaiyət edən polis maşını (mənim avtomobilimi idarə edən polis əməkdaşının xahişi ilə) və mənim tez bir zamanda (təcili olaraq) müayinə yerinə gətirilməyim üçün Nobel prospektindən Cəfər Cabbarlı küçəsinə qədər bir neçə dəfə yol hərəkət qaydalarını kobud sürətdə pozdu (07.10.2020-ci il tarixdə, 9.00-10.30-a qədər yəqin ki, bütün bu marşrut üzrə şəhər kameralarından video görüntüləri izləmək olar). Bu haqda öz iradımı bildirəndə mənə belə izah olundu ki, bu belə olmalıdır “mənim əynimdə polis forması var, kamerada bunu görürlər”. Bu ABSURDDUR, deyilmi ? Əlavə söz yazmağıma ehtiyac qalmır.

 8.17. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. (protokol verilmədi)

8.18. Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş protokolun dolğunluğu onu qəbul edən şəxs tərəfindən yoxlanılaraq bu barədə müvafiq qeyd aparılır və “İnzibati xətalar haqqında materialların uçotu” jurnalında qeydiyyata alınır. Digər ərazi polis orqanlarından və nizami polis hissələrdən daxil olan protokol və ona əlavə edilən sənədlər isə inzibati təcrübə üzrə inspektor tərəfindən işlənilən ayrı jurnalda qeydiyyata alınır.(dərhal qeydiyyata alınması yoxlanılmalıdır, müəyyən səbəblərdən bu sənədlər sonradan qeydiyyata alınır)

Həkim müayinəsi: Müayinə yerinə gəldikdən sonra 90 YP 498 avtomobilinin əməkdaşlarından biri “burda 2 dəqiqə gözləyin deyəsən içəridə həkimdən başqa adam var” deyərək məntəqənin  divarlarının gözlərinin lazer şüası ilə müşahidə etdikdən sonra məndən qabaq içəri girdi. 2 (iki) dəqiqədən sonra mən müayinə otağında həkimdən başqa heç kimin olmadığını, polis nəfərinin məndən öncə ora nə səbəbdən girdiyinin təhlil edərək yenidən müayinədən keçməkdən imtina etdim.

Birinci – polis nəfərinin özünü şübhəli apararaq məndən öncə həkimin yanına daxil olması, ikinci – Xətai rayonunda bir neçə yerdə müayinə yerlərinin olduğundan mənin niyə məhz bu müayinə məntəqəsinə gətirilməyimi və əvvəlcədən keçən iki sutka ərzində mənim qanımda zərrə qədər spirt olacağının yalandan aşkar ediləcəyinə olan şübhələrimdir.

8.12. Qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”la rəsmiləşdirilir (Təlimata 19 nömrəli əlavə). Aktın surəti duracaqda saxlanılır. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırılması barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra saxlanmış nəqliyyat vasitəsi sahibinə qaytarılır (aktın nüsxəsi mənə verilmədi).

Qaqarin körpüsü yaxınlığındakı duracaq: Yenədə polis əməkdaşı mənim avtomobilimi idarə edərək məni durağacağa gətirdi. Duracağa girdikdən sonra bizi qarşılıyan ilk şəxs 20-25 yaşlarında gənc oğlan (sonradan bu şəxsin duracaqda işləməsi barədə mənə sənəd təqdim edilməsini tələb etdim və heç bir cavab almadım) əlində protokolu tutaraq bizə avtomobili saxlamağa yer göstərdi. Polis əməkdaşı mənə bildirdi ki, əgər avtomobilin açarlarını özümdə saxlamaq istəyirəmsə onda bu haqda protokolda göstəriləcək və sizin avtomobilin ancaq ban hissəsinə baxış keçirələcək. Duracağın yəqin ki, ştatında olmayan gənc oğlan 20 saniyə ərzində avtomobilə baxış keçirtdi  və bir yerdə zədə (halbuki avtamobildə digər zədə yerləridə var idi) olması haqda protokol tətrib etdi. Protokolda digər punktların doldurulmasını tələb etdikdə “bu bizdə belə tərtib olunur” və məndən təcili protokolu imzalamağımı bildirdilər. Bir neçə dəqiqədən sonra israr etdiyimə görə yenə əsəbi qaydada protokola avtomobili qəbul edən növbətçinin ad və soyadını yazdırmağa müvəffəq oldum. Protokolun nüsxəsi mənə verilmədiyinə görə mobil telefonum vasitəsilə şəklini çəkməyə mənə icazə verdilər (məktuba əlavə olunur).

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə
göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri

 

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər

(ƏDV ilə manatla)

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla)

1 ədəd/gün

1,0

 

Q Ə R A R  № 8,  2006/04/12

Q Ə R A R  № 3,  2016/04/05   

 

20-ci otaqdan verilən sənəd əsasında avtomobilimin duracaqdan çıxartmaq üçün məndən 2 (iki) manat tələb etdilər. Bu məbləğin niyə bu qədər olduğunu soruşanda, hansı tariflə və ya qanunla tənzimlənməsi barədə sənəd tələb etdikdə, “bizdə qayda belədir” deyərək müsbət cavab vermədilər (qəbz əlavə olunur).

07.10.2020-ci il saat 17.30 radələrində duracaqdan çıxanda avtomobilimin arxa STOP işıqlarını yoxladım və saz vəziyyətdə olmasını aşkar etdim (fotoşəkillər əlavə olunur).

Əlavə olaraq bildirmək istəyirəm ki, əgər mən yol polisinin əsasız şübhələri əsasında içkili idimsə, niyə maşınımın buraxılmasına ən azı 24 saat keçmədən icazə verdilər?

20-ci otaq. Polis əməkdaşları bütün bu faktlarla heç bir protokol tərtib etmədən, tibbi müayinədə yazılmış nəticəni mənə göstərmədən, Bakı şəhər Dövlət Yol Polisində 20 nömrəli otağa müraciət etməyimi bildirdilər.

Axşam saat 16.30 radələrində 20-ci otaqda Xeyrulla Cəlilov adında polis mayoru məni qəbul etdi. Mən bütün bu yuxarıda göstərdiklərim haqda qısa formada şifahi olaraq məlumat verdim və polis mayoru qulaq asdıqdan sonra “Sizin işiniz məhkəməyə gedəcək” deyə mənə bildirdi. Orda olanda məndən heç bir izahat alınmadı, yol polisinin səs yazıları, video görüntülər və digər materiallar mənə təqdim olunmadı. Sadəcə olaraq polis mayoru Cəlilov Xeyrullanın qərarına əsasən mənim sənədlərimin məhkəməyə göndəriləcəyi bildirildi.

07.10.2020-ci il tarixində saat 19.52-də mənə ASANPAY-dan gələn sms vasitəsilə, mənim iştirakım olmadan tərtib olunan 3569983 nömrəli protokolla AR İXM-n 342.5 və 343.1-ci maddələrinə əsasən 400 manat cərimə olunmağım haqda nömrəmə  məlumat daxil oldu.

16.30 radələrində 20-ci otaqda işin məhkəməyə gedəcəyi halda, saat 19.52-də mənim iştirakım olmadan necə qərarsız protokol tərtib olunaraq mən inzibati qaydada cəzalanıram  (bu o deməkdir ki, YOL POLİSİ yuxarıda göstərilən bütün qanunlara tam riayət edərək məni məhkəməyə verir, bütün günahlarımı tam sübut etdiyinə əmin olduğu üçün.................................)

 07.10.2020-ci il tarixində, ümumi 3 (üç) saat ərzində bir sıravi vətəndaş olaraq tərəfimdən təhlil etdiyim qanun pozuntuları haqda məlumatlar çox deyilmi?

Mən ancaq buna bir ad verirəm, sürücülərə qurulan “TƏLƏ”lər və qurbanlıq vətəndaşlar.

Bütün yuxarıda göstərilənlərdən sonra Xətai rayon məhkəməsi tərəfindən haqq və ədalətin bərqərar olacağını gözlədiyim halda aşağıda hallarla üzləşdim:

Xətai rayon məhkəməsi:

06.11.2020-ci il tarixdə birinci məhkəmə iclasında yuxarıda göstərdiklərimi bildirdim və DYP tərəfindən inzibati xəta ilə bağlı sənədlərin, video çəkilişlərin və səs yazılarının təqdim olunmasını tələb etdim. İddiaçı tərəf olmadığından məhkəmə təxirə salındı.

12.11.2020-ci il tarixdə ikinci məhkəmə iclasında yuxarıda göstərdiklərimi bildirdim və DYP tərəfindən inzibati xəta ilə bağlı sənədlərin, video çəkilişlərin və səs yazılarının təqdim olunmasını tələb etdim. İddiaçı tərəf olmadığından məhkəmə təxirə salındı. Mənim tərəfimdən məhkəməyə avtomobilimin arxa stop işıqlarının saz vəziyyətdə olması barədə rəngli fotoşəkillər təqdim olundu.

19.11.2020-ci il tarixdə üçüncü məhkəmə iclasında yuxarıda göstərdiklərimi bildirdim və DYP tərəfindən inzibati xəta ilə bağlı sənədlərin, video çəkilişlərin və səs yazıları təqdim olunmadan, mənim heç bir iddiam təmin edilmədənədalətsiz qərar qəbul olundu. Mənim tərəfimdən məhkəməyə cənab Prezidentə və digər müvafiq qürumlara ünvanladığım şikayət ərizəsinin bir nüsxəsi təqdim olundu.

15.12.2020-ci il tarixdə Bakı Appelyasiya məhkəməsi Xətai rayon məhkəməsinin ədalətsiz qərarını qüvvədə saxladı. Vəkillə təmin olunmağımla bağlı tələbimə mənin tətəfimdən müqavilə bağlanıldıqdan sonra təmin olunacağıma bildirildi və dövlət tərəfindən vəkil ayrılmadı. DYP tərəfindən inzibati xəta ilə bağlı sənədlərin, video çəkilişlərin və səs yazıları təqdim olunmadan, mənim heç bir iddiam təmin edilmədən ədalətsiz qərar qəbul olundu. Daha yuxarı instansiyalara şikayət edəcəyimi bildirdikdən sonra hakim öz qərarı ilə əlavə şikayət vermək hüququmu təmin etmədi.

 

 

SUAL VƏ TƏLƏBLƏRİM:

1.Maddə 10. Müdafiə hüquqlarının təmin edilməsi (Məhkəmələr və hakimlər haqqındaAzərbaycan Respublikasının Qanunu)

Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz.

Şübhə edilən, təqsirləndirilən şəxsin və müttəhimin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

Mənim müdafiə hüququm məhkəmə tərəfindən mənə təklif olunmadı və təqdim olunmadı. (Xətai rayon məhkəməsi)

              2.Dörd dəfə keçirilən məhkəmə iclaslarında mənim tələb etdiyim inzibati xəta ilə bağlı sənədlər, video çəkilişlər və səs yazıları təqdim olunmadan qərar çıxarıldı.

  1. Məhkəmə demək olar ki, heç bir araşdırma işi aparmadı.
  2. Mənim avtomobilimin əsassız olaraq saxlanma səbəbinin bütün inzibati xətalar haqqında maddələr əsasında sübut etdiyim halda bu tələblərimə baxılmadı.
  3. Yol polisinin qanunsuz hərəkətlərinə qiymət verilmədi.
  4. İçkili olmağıma yol polisi tərəfindən necə şübhə yarandığı səbəblər araşdırılmadı.
  5. Yol polisinin içkili olmağımın yoxlanılması üçün etdiyi hərəkətlərə qanuni qiymət verilmədi.
  6. DYP-də 20 nömrəli otaqda heç bir araşdırılma aparılmadan mənə təqdim olunmayan heç bir sənəd və məlumat olmadan məhkəməyə göndərilməsi araşdırılmadı.
  7. Mən antisanitar, sertifikat sənədi sənədi olmayan alkotestrlərdən imtina etmişəm, tibb məntəqəsinə getməkdən imtina etməmişəm, müayinədən keçməkdən imtina etmişəm (onunda səbəbləri yuxarıda qeyd olunub), əgər imtina etsəydim qanuna əsasən mən PPX avtomobilində, mənim avtomobilim evakutorda dayanacağa getməliydi).
  8. Birinci DYP əməkdaşıarı qanunu pozub, mənim inzibati xəta etmədən içkili olduğum barədə mənə şər atıblar.
  9. Əgər mən içkili idimsə niyə mənim həmin gün dayanacaqdan buraxılmağıma icazə verildi.
  10. Daxili İşlər Nazirliyinin email ünvanına göndərdiyim məktuba cavab olaraq onlar tərəfindən mənin iştirakım olmadan bir tərəfli araşdırma necə aparılıb.

 

     Müraciətimin sonunda bildirmək istəyirəm ki, dünyanın bir çox ölkələrində “TƏQSİRSİZLİK PREZUMSİYASI” deyilən bir hüquqi anlayış mövcuddur və mən Azərbaycan Respublikasının sıravi vətəndaşı kimi hüquqlarımın bərpası, zabit şərəf və ləyaqətimin qorunması və göstərilən faktlar üzrə bütün günahkar şəxslərin ciddi surətdə cəzalandırılması haqda tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Yuxarıda göstərdiklərimi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5 və MülkiProsessual Məcəllənin 81, 82, 359 və 362-ci maddələrini nəzərə alaraq Sizdən

 

Xahiş edirəm

 

  1. Xətai rayon və Bakı Appelyasiya məhkəmələrinin qərarları ləğv edilsin, mənim DYP əməkdaşları tərəfindən qanunsuz saxlandığım və içkili olduğum barədə mənə şər atdıqları üçün günahkarların məsuliyyətə cəlb olunması təmin edilsin.
  2. Mənim iştirakımla bu məsələ müvafiq orqanlarda araşdırılsın.
  3. DYP əməkdaşlarının qanunsuz hərəkətlərinə hüququ qiymət verilsin.
  4. Aparılan məhkəmə proseslərinə hüquqi qiymət verilsin.

 

 

Qoşma: 1. Müvafiq sənədlər 4 (dörd) vərəqdə.

            Qeyd: Bütün qanuni yollardan istifadə etdiyimdən sonra, qanunlar qarşısında günahkar olmadığıma əmin olaraq, bu məlumatların sosial şəbəkələr vasitəsilə paylaşmağım qərarına gəldim.

 

 

Məmmədov Azad Mahmud oğlu

İmza

Əlaqə nömrəsi: 050-321-66-45”

Bənzər xəbərlər

Gündəm

0.02983283996582