Dec 01

Ermənilərə işləyən, çörək verən adam televiziyaya çıxıb Laçından danışır – İcra başçısının qohumu imiş

Dünən gecə Azərbaycan ordusu Laçın rayonuna daxil oldu. 28 illik işğala nəhayət son qoyuldu.

Laçının o vaxt faciəli şəkildə verilməyi xəyanət idi. Təəsüf ki, indi bu xəyanətin bir çox iştirakçıları yaddan çıxıb.

Bəzilərin hətta qonaq qismində televiziyada verilişlərə çağırırlar. Bu isə şəhidlərin ruhuna hörmətsizlikdən başqa bir şey deyil.

Kaim.az xəbər verir ki, söhbət  Güləbirdli  Vaqif Cabbarovdan gedir.

 

2005 – ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun, hətta deyəsən DİN-in də adının olduğu qorxulu bir bəyanat verilmişdi. Bəyanatda qeyd olunurdu ki, Azərbaycanın cəbhə təmas xəttində ermənilərlə işbirliyi quran gizli bir qrup aşkar edilib. Bu hadisə ilə bağlı MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsinin və Hərbi Prokurorluğun yaratdığı birgə qrup istintaq aparırdı. Bəyanatı oxuyanda adamın tükləri biz-biz dururdu. Söhbət Güləbirdli Vaqif kimi tanınan keçmiş hərbçi Vaqif Cabbarov haqqında səsləndirilən cinayət seriyasından gedirdi. Vaxtı ilə Laçındakı Güləbird batalyonunun komandiri olmuş həmin şəxs daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmışdı. Bəyanatda qeyd edilirdi ki, hələ döyüş əməliyyatları gedən zamanlarda ermənilərlə əlaqə quran V.Cabbarov Azərbaycanın Laçındakı Silahlı Qüvvələri, onların tutduqları mövqelər və digər məsələlər barədə düşmənə məlumat verib. Laçının işğalından sonra da ermənilərlə əlaqələrini kəsməyib, hər gün rayondan 150-200 çörək və ərzaq alaraq ermənilərə verirmiş. Həmçinin onlara Azərbaycan ordusu barədə də məlumatlar ötürürmüş. Bəyanatda bildirildiyinə görə, V.Cabbarovla birlikdə onun oğlanları Cəlal, Aqil, Cabbar Cabbarovlar, V. Cabbarovun kürəkəni Şakir və onun oğlanları Amillə Anar da həbs olunublar. Şakir Beyləqanda “Sedmoy” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin rəisi işləyirmiş. V.Cabbarovun oğlanlarından biri Almaniyada yaşayıb və orada bizneslə məşğul imiş. O da Almaniyada həbs olunaraq Azərbaycana gətirilib. Məlumata görə, V.Cabbarovun həyətindəki ot tayasının altından külli miqdarda silah-sursat tapılıb. Ondan 2700 xırda, 1500 iri buynuzlu mal-qara, 1 ədəd “KamAZ” (qoşqulu), 2 ədəd hərbi maşın – “Ural”, “UAZ”, 1 ədəd “QAZ 53”, 1 ədəd “LADA 07”, 1 ədəd “Niva”, bir ədəd xarici markalı maşınlar, müxtəlif növ silahlar müsadirə olunub. V.Cabbarovun və oğlu Cəlal Cabbarovun Füzulinin Alıxanlı kəndinin yaxınlığında yerləşən qoyunçuluq yataqları, ailənin Bakıdakı maşın təmiri sexləri və avtomobil hissələri satan mağazaları olub. Verilən məlumata görə, V.Cabbarov həbsindən bir ay əvvəl Laçında toyda olub. Hətta o da bildirilir ki, V.Cabbarovun Azərbaycanın işğal olunmuş ərazilərində həşiş və narkotik bitki plantasiyaları da olub.

Bütün bu məlumatlar MTN, DİN və Baş Prokurorluğun birgə bəyanatlarında yazılmışdı. Amma nəticə bilirsiniz, nə oldu? Güləbirdli Vaqif bu işə görə bir il iş aldı və bu söhbət öldü.

Aparılan araşdırmalar zamanı məlum oldu ki, Vaqif Cabbarovu Eldar Mahmudovun rəhbərlik etdiyi MTN həbs edib və onu dövlətə qarşı cinayətlərdə ittiham olunmasına baxmayaraq azad edib. Vaqif Cabbarovun azad edilməsi və cinayətlərin ört-basdır olunmasında maraqlı olan qüvvələrin kimliyi və hadisələrin inkşafı bizi yenə bir ada doğru apardı.

MTN tərəfindən həbs olunmuş Güləbirdli Vaqifin nəvəsini alan Aqil Nəzərli sonradan Laçın rayonuna icra başçısı təyin edildi.

Bax belə cənablar. İndi başçının ermənilərə işləmiş qohumu televiziyalarımızda fəxri qonaqdır.

Bənzər xəbərlər

Gündəm

0.017621994018555