Oct 27

Eldar Əzizov qızıl alverçisini trest rəisi qoyub

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamenti həmişə yağlı yer sayılıb. Çünki bu departamentə daxil olan idarələrin böyük əksəriyyəti korrupsiyalaşmış və nəzarətdən qıraq qalmış idarələrdir. Bu departamentə rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və bir sıra başqa idarələr daxildir ki, bu idarələrin hər biri onlara ayrılan büdcə pullarını təzə gələn rəhbərləri ilə şərikinə həzm-rabedən keçirdirlər.

Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin   uzun illər rəisi işləmiş Cavanşir Tağıyev Rəfail Mehrəliyevə yaxınlığı ilə seçilirdi. Bir müddət bundan əvvəl Cavanşir Tağıyev dünyasını dəyişdi. Gəlir yerlərini itirmək istəməyən “qəbirstanlıq mafiyası” onun yerinə qardaşı oğlu Anar Tağıyevi rəis təyin etdirdilər. Bəli, sel kimi gələn pul və maliyyənin başqa birisinin əlinə keçməsinə icazə verilə bilməzdi.

Bu idarə də dövlət hesabına maliyyələşən bir biznesdir özü də böyük bir biznes. Aktualxeber.az bildirir ki, bu biznesdə ağla gəlməz qədər böyük pullar fırlanır. Qeyd edək ki, hazırda Bakıda və ətraf qəsəbələrdə məzar üçün təqribən 2-3 kv.m-lik torpaq sahəsi böyük gəlir mənbəyinə çevrilib. Əslində məzar üçün torpaqlar vətəndaşlara pulsuz verilməli olsa da, Bakıda kv.m-i 200 manatdan 10 000 manata qədər olan müxtəlif qiymətlərlə qəbir yeri satılır. Mərkəzdən bir qədər uzaqda yerləşən Biləcəri qəbiristanlığında isə 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Məzarlığın görkəmli yerində torpağın 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Belə ki, Badamdar qəbiristanlığında 800-3000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında isə, hətta 2000-5000 manat civarında və daha yuxarıdır. Ən bahalı yerlər isə təbii ki, Bakının mərkəzində yerləşən qəbirstanlıqlardır. Ən maraqlısı isə budur ki, bu qəbir torpaqları vətəndaşlara pulsuz verilməlidir. Lakin hələlik bir nəfər belə pulsuz qəbir yeri almayıb.

Hazırda  Bakı şəhərində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə aid yerlər bələdiyyələrə verilib. Bəziləri isə Bakı şəhər İcra hakimiyyəti tərəfindən idarə olunduğunu qeyd edir. Dədə Qorqud qəbirsanlığının sözçüsü qeyd edib ki,”Qəbirstanlıq hələ bilinmir kimin tabeliyindədir.Hətta vergiləri və digər ödənişləri də saxlamışıq. Yuxarılar öz aralarında bölüşə bilmirlər. Hətta bu bölgü məsələsində Qurd Qapısı qəbirsanlığının rəhbərliyi Yasamal Bələdiyyəsinin müavini ilə əlbəyaxa olduğu da deyilir.

Anar Tağıyevə gəlincə trestə təyin edilməmişdən əvvəl o “Moskva” Univermağında qızıl alveri ilə məşğul olurdu.

İndi məzarlıq biznesinə rəhbərlik edir. Mahiyyətcə hər iki halda əli “qızılla oynayır”.

Onun təyinatının gizli məqamları haqda ətraflı məlumat verəcəyik.

Bənzər xəbərlər

Gündəm

0.024948120117188