Oct 26

Qəbələdə ictimai fəalı şərləyirlər-ŞİKAYƏT

Qəbələ şəhəri, Heydər Əliyev prospekti , ev 29, mənzil 37 ünvanında yaşayan  Cavadov Şahin Fərhad oğlu tərəfindən redaksiyamıza məktub daxil olub. Sosial şəbəkələrdə yaxşı tanınan ictimai fəal, müxtəlif mövzularda məqalə müəllifi olan Şahin Cavadov KİV vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya,  Azərbaycan Respublikasının Baş prokuroru
Kamran Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

Zati aliləri cənab Prezident. Mən, bu ərizəmlə yazıb Sizdən mənə, mənə qarşı edilən haqsızlıqdan şikayət etmək istəyirəm. Belə ki, 16.09. 2020-ci ildə mənim Qəbələ şəhəri , Gülməmməd Qarayev küçəsində yerləşən ata yurdumla qonşuluqda yaşayan Mustafayeva Alimə Səftər qızı Qəbələ RPŞ-yə müraciət edərək, guya mənim ona məxsus avtomobili yandırmam barədə şikayət etmişdir. Hadisə ilə əlaqədar məni həmin günü saat 22-30-da yaşadığım məzildən (H.Əliyev 29/37) Qəbələ RPŞ-yə apardılar. Qəbələ RPŞ-də 17.09.2020-il təxminən gecə saat 02-20-də məndən hadisəylə əlaqədar izahat alındı.Mənim gözlüyüm olmadığı üçün izahatımı təhqiqatçı kompüterdə yazaraq, oxuyub mənə imzalatdı.İzahatımda tam təfsilatıyla yanğın baş verən vaxtı mənim Qəbələ şəhərində H. Əliyev prospektindəki evimdə, ailəmin yanında olduğumu sübut edəcək şahid və dəlilləri göstərmişdim. Bundan sonra haqq və ədalətin öz yerini tapacağına əminliklə evimə getdim. Hadisədən 10 gün keçdikdən sonra təhqiqatçı Tural Mehdizadəyə zəng vuraraq araşdırmayla maraqlandıqda məlum oldu ki, o hələ də mənim şahidlərimi dindirməyib. Məndən şahidlərin telefon nömrələrini aldı. Bundan sonra məni bir də 10 oktyabrda, həftənin şənbə günü  Qəbələ RPŞ-yə dəvət etdilər. Orada mənə məlum oldu ki, təhqiqatçı mənim şahidlərimin bir qismini ümumiyyətlə dindirməyib, hadisə yerində olan kameraya baxış keçirməyib, hadisə baş verən yerdəki qonşuların heç birini dindirməyib və mənim bu yanğını törətdiyim barədə qərar çıxarıb. Qərarda guya mənim maşını yandırdığımı görməsi barədə üç nəfər ifadə vermişdi ki, bunlar da avtomobilin sahibi Alimə Mustafayeva, onun 15 yaşlı qızı Günel Mustafayeva və bir də Alimənin evində sığınmaçı olan Yavər adlı bir qadın idi. Yavər adlı qadın yaşamağa yeri olmadığı üçün uzun müddətdir ki, nikahdan kənar yaşadığı Anar adlı şəxslə Alimənin evində sığınmaçı kimi yaşayır. Qəbələ RPŞ-də mənə dedilər ki, ayın 12-də saat 09-00-da məhkəməyə aparılmaq üçün polis şöbəsində olmalıyam. Mən etiraz edərək bildirdim ki, axı mənim qərardan şikayət hüququm var və onlar qərarı mənə elə indicə göstəriblər.Onlarsa mənə dedilər ki, biz sənə qərarı yollamışıq,almamısansa get, poçtdan şikayət et. Mən qərar götürüb evə gəldim. 12.10.2020 polis bütün günü məni sürəkli zəng edərək şöbəyə çağırdı, mənsə Baş prokurorluğa şikayət edəcəyimi söylədim. 13.10.2020 tarixində Baş prokurora şikayət yolladım. Orada göstərdim ki, mənim şahidlərimin hamısından ifadə alınmayıb.Yanğın baş verməsi barədə mənə zəng vuraraq xəbər vermiş Qurban adlı qonşumun ifadəsi nəzərə alnmayıb və təhrif edilib. Tək mənə edilmiş zəngin CSM operatorundan götürülüb yoxlanması isbat edəcəkdi ki, mən yanğın vaxtı evdə, hadisə yerindən 3.5 km aralıda olmuşam. Hətta həmin vaxt mənə bir deyil iki zəng olunmuşdu. Yanğından 40 dəqiqə əvvəlsə mən, çay evində  5-6 nəfərlə bir yerdə olmuşam.Yanğın baş verən küçədəki ata yurdumdan çıxıb,  H.Əliyev prospektindəki evimizə gedərkən məni görmüş qonşumun ifadəsi də nəzərə alınmayıb. Mən oradan gedərkən saat 19-00 olub. Məni evə aparmış avtomobilin sürücüsü dindirilməyib.Çay evindən H. Əliyev prospektində yerləşən evimə gedərkən girdiyim mağazaların kameralarına baxılmayıb.Mənə yoldaşlıq edən şahid dindirilməyib. Bir sözlə hər vəchlə bu yanğında məni günahkar elan etməkdə qərarlı olublar.Yaşadığım evdə ailəm, yaşayış binasındakı qonşularım da dindirilməyib. Yanğın ciddi eksperiza edilməyib. Mənim Baş prokurora şikayət verməmə baxmayaraq polis hər gün mənə zəng edib, psixoliji təzyiq göstərdiyi üçün Baş prokurora yolladığım şikayət ərizəmin surətini çıxarıb Qəbələ rayon polis şöbəsinə verdim. Bu barədə Qəbələ RPŞ-yə məlumat verdim. Qəbələ rayon prokuroru isə Baş prokurorun göstərişini gözləmədən və heç bir araşdırma etmədən mənə cavab yazıb ki, polisin qərarı qüvvədə saxlanılır. Nəyə əsasən belə yazdığını anlamadım. Axı tutarlı dəlillər heç nəzərə alınmayıb.

Cənab Prezident. Haqsız yerə məni şərləyirlər. Mən,ali təhsilli inşaat mühəndisiyəm. Otuz il iş starjım var. Qəbələ Prezident İqamətgahı layihəsində aparıcı mühəndis işləmişəm.Qəbə-lədə, Daxili Qoşunlarçün rekonstruksiya edilən binanın baş iş icraçısı olmuşam. Xaricdə, Türk xalqlarına aid nəşr edilmiş bir  elmi kitabda Azərbaycanı ortaq müəllif kimi təmsil etmişəm. Astanada nəşr edilmiş  Türk xalqlarının ortaq lüğətində Azərbaycana aid bölümün müəllifiyəm. Sizin siyasi kursunuzu dəstəkləyən məqalələrlə mətbuatda çıxışlar etmişəm. Mənim bu şəkildə adımın ləkələnməsi çox ağırıma gedir.

Cənab Prezident. Mən, Sizin ölkəmizin müstəqilliyi, torpaqlarının düşməndən azad edilməsi üçün necə gərgin və  əzimlə çalışdığınızı hər kəs kimi heyranlıqla izləyirəm. Xalqın bir nümayəndəsi kimi hər an əmrinizi icra etməyə hazıram. Vətənimizin bu günündə Sizi, şəxsi problemimlə əlaqədar narahat etdiyimçün çox üzülürəm. Lakin buna məcburam. Sizin  məmin, Azərbaycanın Sizə bağlı bir vətəndaşının adının haqsız yerə ləkələnməsinə izin verməyəcəyi-nizə əminəm. Cənab Prezident. Mənim işimin ədalətlə yenidən araşdırılmasına göstəriş vermənizi Sizdən xahiş edirəm.

 

Dərin inamla, Cavadov Şahin Fərhad oğlu”

 

Bənzər xəbərlər

Gündəm

0.042193174362183