Vilayət Eyvazova kömək üçün müraciət etdi,maşını oğurlandı:Təxribat? -VİDEO

19 avqust tarixində Sabunçu rayonu ,Elşən Mehdiyev 24/4 , ev 3 A-da yaşayan Ləzimov Əvəz Şakir oğlunun daxili işlər naziri Vilayət Eyvazova müraciətini dərc etmişdik.
(link- https://azerinfo.tv/sosial/17415-polis-ogrulari-tapmaqda-maraqli-deyil-shkayet.html)
“Polis oğruları tapmaqda maraqlı deyil” başlığı ilə gedən məqalədə şikayətçi avtomovilindən oğurluq edildiyini və polisin bu işə laqeyd qaldığını qeyd edirdi.
Avqustun 15-i vətəndaşın maşınından pul və əşyalar oğurlanıb. Əvəz Ləzimov polisin işə laqeyd yanaşdığını görüb, daxili işlər nazirinə şikayət yazıb.
Üstündən 25 gün keçmiş nəinki oğrular tapılıb,bu dəfə maşını yerli- dibli oğurlanıb.
Oğurluq anı kameralara düşüb. Videonu təqdim edirik. Sabunçu polisi nəinki oğruları tapmaq niyyəyində deyil , heç maşın axtarışa belə verilməyib.
Düşünürük ki, bu cənab nazirin fəaliyyətinə birbaşa kölgə salmaq, narazılıq yaratmaq istəyidir.
Daxili İşlər Nazirliyinin bu məsələyə həssas yanaşacağını düşünürük.
Mövzuya qayıdacağıq.