Mərkəz rəhbəri İlham Əliyev siyasətinə qarşı- FAKTLAR

Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı.
Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir:
"... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi".
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Bu siyasət Ulu Öndərdən sonra , İlham Əliyevin də dönəmində daha böyük vüsət almaqla davam etdirildi.
Cənab prezident çıxışlarının birində deyir:
“Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər.
Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir.”
Ancaq idman və ona gənclərin həvəsləndirilməsini Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin
direktori Mətləb Hüseynov əhəmiyyətsiz hesab edir. Sanki dövlətin strategiyasının, dövlət başçısının tapşırıqlarının ona aidiyyatı yoxdur.
Ümumiyyətlə son günlər onun idarəçiliyi və korrupsiya piramidası haqda yazmayan poirtal və sayt qalmayıb.
Biz bu gün onun konkret bir sahəyə-idmana vurduğu ziyandan söhbət acacağıq. Daha doğrusu onun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olan 12 saylı Bakı Peşə Liseyi və 17 saylı Bakı Peşə Liseyində apardığı antiidman siyasətindən.
12 saylı Bakı Peşə Litseyi müxtəlif idman yarışlarında daim uğurla təmsil olunub. Litseyin fiziki tərbiyə rəhbəri Vaqif Həsənov 1984-cü ildən burda çalışır. 1990-cı ildən fiziki tərbiyə rəhbəridir.
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəçisi və İdman işçisidir. 2013-cü ildə Azad Rəhimov tərəfindən ödülləndirilib.
3 dəfə Azərbaycan çempionu olub, boks üzrə müxtəlif turnirlərin qalibi olub.
Uzun illər ərzində peşə litseyində gənclərə idmana sevgini aşılayıb. Nəticəsi də olub. 12 saylı Bakı Peşə Litseyinin şahmat, dama, milli güləş, futbol, valeybol, atletika üzrə komandaları peşə litseyləri arasında yarışmalarda həmişə xüsusi fərqlənib.
Daim mükafatçılar siyahısında olub. Ancaq bundan sonra olmayacaq. Nədən ki, Mətləb Hüseynov peşə litseyinin idman zalını sürücülük məktəbi edib. Hətta uşaqların paltar soyunub-geyinmə otağının da xeyli hissəsini ora qatıb.
Azerinfo.tv bildirir ki, sürücülük məktəbi indiki şəraitdə qazanclı olduğundan direktora sərf edir. Dövlət başçısının idman siyasəti belə onu maraqlandırmır.
Daha əvvəl rəhbərlik etdiyi 9 saylı Bakı Peşə Liseyindəki ona sadiq kadrların da dəxli oldu olmadı irəli çəkir, təcrübəli pedaqoqları işdən azad edir.
17 saylı Bakı Peşə Liseyində 21 illik stajı olan fiziki tərbiyə rəhbərini adi müəllim edib.9 saylıdan özü ilə birgə gətirdiyi Həşim Ağalarovu rəhbər qoymuşdu. İndi isə ,yəni 4 peşə litseyləri birləşəndən sonra Həşim Ağalarovu Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə fiziki tərbiyə rəhbəri təyin etmək istəyir. Yəni ÖMRÜNÜN 30 İLİNİ İDMANA HƏSR ETMİŞ, 3-cü qrup əlil Vaqif Həsənov olacaq adi müəllim.
İdmana aidiyatı olmayan, təhsilə Daxili Qoşunlardan gələn Həşim Ağalarov isə fiziki tərbiyə rəhbəri.
Direktor 9 saylı Bakı Peşə Liseyindəki qohumlarından və şəxsi maraqları əsasında işə qəbul etdiyi işçilərdən ibarət komandasını 12 və 17 saylı Bakı Peşə Liseyində yerləşdirmək üçün o, müxtəlif üsullara əl atır, köhnə, peşəkar kadrları işdən uzaqlaşdırmaq üçün insanlığa və rəhbərə yaraşmayan bütün vasitələrdən istifadə edir.
Maraqlısı budur ki, Ceyhun Bayramov dönəmində nazirlə həmyerli olmasından istifadə edən Mətləb Hüseynov indi yeni nazirə necə “qohum və həmyerli” çıxacaq?
Yeni nazir onun prezidentin siyasətinə əks siyasət yeritməsinə göz yumacaqmı.
Bütün bunlara yaxın zamanlarda aydınlıq gətirəcəyik.