Bir neçə evi,bağı, 2 maşını var, üstəlik saxta yolla əllillik müavinəti alır-İTTİHAM
Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu ötən il il 2500-dən artıq yanlış, saxta əlillik almış şəxslər müəyyən edib. Onlarla əlaqədar ciddi tədbir görülüb və il ərzində dövlət büdcəsinə 13 milyon manatdan artıq vəsaitə qənaət edilib.
Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta və yuxarı yaş kateqoriyasında olanlar da var.
Korrupsiya.org xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə kütləvi-informasiya vasitələrinə verdiyi açıqlamada demişdi.
Onun verdiyi məlumata görə, ölkəmizdə 620 min müxtəlif əlillik dərəcəsi alanlar var. Onların bir qismi xroniki, patoloji səbəblərlə, bir qismi isə qəza, istehsalat travması və digər səbəblərlə əlaqədardır. Lakin onların arasında saxta əlillik dərəcəsi almağa cəhd edənlər də var və 18 yaşına çatmayan vətəndaşlar arasında belələri çoxluq təşkil edir: "Bu, daha çox oğlanların əsgərlikdən yayınmasına göstərilən cəhdlərlə əlaqədardır. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atır, çünki əlilliyi olanların pensiya çıxması daha asandır".
Nazir bildirmişdi ki, neqativ halların qarşısını almaq üçün monitorinqlər davam edir: "Əsasən risk kriteriyaları üzrə orta və yuxarı yaşda olanlarda əlilliyə görə yüksək pensiya alanlar arasında daha çox hallarda saxtakarlıq aşkar edilir. Ona görə də bu sahədə monitorinqlər aparılması davamlı xarakter alacaq. Avtomatlaşmanın ən böyük əhəmiyyəti də ondan ibarət olacaq ki, ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min vətəndaşın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək".
Redaksiyamıza daxil olan məlumata görə elə şəxslər var ki, bütün imkanları olduğu halda saxta yolnan özlərinə pensiya düzəldirlər. Bunlardan biri də Hüseynov Samir Asim oğludur.
1969-cu il təvəllüdlü, Nərimanov rayonunda qeydiyyatdadır.Bu şəxs tam sağlamdır. Ümumiyyətlə , bu adamın əlillikdən aldığı pula heç bir ehtiyyacı yoxdur.Özünə tanışlarınin köməyi hesabına özünə yüksək pensiya və üstəlik saxta I-ci qrup əlillik əldə edib. Sosial Müdafiə Nazirliyinə 6 və 7 min manat pul verərək bu əməli həyata keçirdiyini deyir.
Hüseynov Samirin Ağ şəhərdə 5 otaqlı mənzili, Nərimanov rayonunda 5 otaqlı mənzili, Tibb Universiteti yanında yeni tikilidə, Buzovnada bağı və 2 avtomobili vardır. Xahiş edirəm onun qeydiyyatda olan poliklinikadan onun xəstəliyinə dair sorğu göndərilib araşdırma aparılsın və təkrar müayinədən keçirilsin. O zaman bu adamın tam sağlam olduğu üzə çıxacaq. Bu adam təxminən 5 ilə yaxındır ki, ki, dövlətdən havayı pullar alıb mənimsəyərək, dövlətə madii ziyan vurur. Halbuki bu pula nə qədər həqiqi əlillərin ehtiyacı var. Onun yoldaşı İqtisadiyyat Universitetində müəllimə işləyir, guya ərini qəyyumluğa götürüb, ayda da dövlətdən əlavə pul alır.
Adının gizli qalmasını xahiş edən mənbəmizin verdiyi məlumata görə Samir Asim oğlu hər yerdə Sosial Müdafiə Nazirliyi adından danışır ki, görürsünüz mən xəstə olmadan özümə əlillik düzəltmişəm, başqaları üçün də bu pula düzəldə bilərəm.
Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.
Düşünürük ki, bu şəxsə də verilən müavinət geri qaytarılmalı, barəsində aidiyyatı qurumlar araşdırma aparmalıdır.
Mövzuya qayıdacağıq. Qarşı tərəf fikrini bildirə bilər.