Kürdəmir prokurorluğu məhkəmənin qərarını niyə icra etmir-ŞİKAYƏT
Məhkəmə öz qərarını Azərbaycan dövlətinin adından çıxarır. Və bu qərarın diğər inzibati orqanlar, vəzifəli şəxslər, yaxud vətəndaşlar tərəfindən icrası mütləqdir. Lakin bəzi hallarda bu icra olunmur. Redaksiyamıza şikayət ünvanlayan, Kürdəmir şəhəri, A.Mustafayev küçəsi, ev 25 ünvanında yaşayan Həsənov Vidadi Seyidağa oğlu bildirir ki, Kürdəmir rayon Prokurorluğu Şirvan Apellyasiya Məhkəməsinin qərarının icra etmir. Şikayətçi KİV vasitəsilə prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət yayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli Azərbaycan Respublikasının Baş Prokuroru.
Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarıyla, mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilmiş və barəmdə Kürdəmir Rayon Məhkəməsinin 06 fevral , 2019-cu il tarixli 1(041)-18/2019 saylı qərarı ləğv edilmiş, mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə əməlimdə cinayət tərkibinin olmaması ilə bəraət verilmiş, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən yol nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Abasov Əlihəsən İftixar oğlunun yol nəqliyyat hadisəsində təqsirliliyi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon Prokrorluğuna göndərilməsini Hökm etmişdir.
Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 10 dekabr, 2019-cu il tarixli Hökmünün çıxmasından 2 ay 15 gün keçməsinə baxmayaraq, Kürdəmir rayon prokurorluğu Şirvan Apellyasiya Məhkəməsininin göndərdiyi hökmə əhəmiyyət vermir. Heç bir hərəkət etmir və heç bir araşdırma aparmır. Mən dəfələrlə Kürdəmir Rayon Prokurorluğuna gedərək hökmün icrası ilə maraqlansam da, mənə heç bir cavab verilmir və belə olan halda görünür ki, Kürdəmir Rayon Prokurorluğu mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham verdiyi cinayət işini təzədən araşdırmaq istəmir və avtoqəza törətmiş Qasımov Gündüz Qəşəm oğlunu bu və ya digər yolla məsuliyyətdən kənarda qoymaq istəyir.
Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
İşin faktiki halları barədə bildirim ki, mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki,istintaq orqanının və birinci instansiya məhkəməsinin qənaətinə görə mən, 31 avqust 2018-ci il tarixdə saat 20:00 radələrində, qeydiyyat şəhadətnaməsi Həsənova Rəna Seyidağa qızının adına olmaqla, etibarnamə ilə idarə etdiyim VAZ 21154 markalı, 50 CC 783 dövlət qeydiyyat nişanlı avtomaşınla Kürdəmir şəhəri, Bakı prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin. 1-ci bəndinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli və yaşayış məntəqələri daxilində saatda 60 klometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərindəosə 20 klometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin vaxt yolun sağ tərəfində yerləşən Kürdəmir Süd Emalı Zavodunun qarşısından çıxaraq əks istiqamətində dönmə hərəkəti edən qeydiyyat şəhadətnaməsi Abasov Ali İftixar oğlunun adına olmaqla, Abasov Əlihəsən İftixar oğlunun etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, ehtiyatsızlıqdan törətdiyim yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı avtomaşının sürücüsü Əlihəsən Abasova alın nahiyəsinin və sol saidin sıyrıqları kimi dırəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər vurmuşam və idarə etdiyi avtomaşında olmuş sərnişin Qasımov Gündüz Qasım oğlu isə, sağ said sümüklərinin aşağı üçdə bir hissəinin qapalı yerdəyişmə sınığı, sağdan V soldan İİ qabırğanın qapalı sınığı, sağ qaşarası nahiyəsinin sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbən olan sağlamlığa az ağır zərərvurma xəsarəti almış,”Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşına isə ümumilikdə 7140 (yeddi min yüz qırx)manat maddi ziyan dəymişdir.
Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli Hökmündən narazı qaldığım üçün həmin hökmdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiysa şikayəti verərək şikayətində göstərmişəm ki, Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarı işin faktiki halları ətraflı araşdırılmadan çıxarılmışdır. Mən latın qrafikası ilə yazıb oxumağı bacarmadığım halda işə aid olan bütün sənədlər mənə mütəxəsis dəvət edilmədən imzalandırılmışdır. Məhkəmə prosesi zamanı mənə məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi zamanı idarə etdiyim avtomobilin hərəkət sürəti mənim izahatında 75 km/saat, Qasımov Gündüz Qasım oğlunun izahatında 100 km.saat göstərilmişdir. Proses zamanı Qasımov Gündüz Qasım oğlu həyacanlı olduğundan əvvəl sürətin 100 km.saat olduğunu səhvən dediyini göstərmiş, həqiqətən sürəti saatda 75 klometr olduğunu bildirmişdir. Lakin bu qərarda öz əksini tapmamışdır. Əslində mənim idarə etdiyim avtomobilin sürəti 60 klometr saat olmuşdur. Bu faktı yol nəqliyyat hadisəsi zamanı mənim sərnişinim olmuş Qasımov Gündüz Qasım oğlu təsdiq edə bilər. İşin istintaqı zamanı keçirilmiş yol nəqliyyat hadisələri ekspertizası tərəfindən verilmiş elspert rəyi işin hallarına uyğun deyil. Ekspertə işin halları və hadisənin mexanişmi barədə düzgün məlumat verilməmişdir. İş üzrə rəy vermiş müstəqil ekspertin rəyi işin hallarına uyğun olmuş, bu rəylə hadisənin Hyunday markalı avtomobilin sürücüsü Abasov Əlihəsən İftixar oğlunun təqsiri üzündən baş verdiyi müəyyən edilmişdir. Kürdəmir rayon məhkəməsində onun hüquqlarını müdafiə edən vəkil işin hallarının müəyyən edilməsinə yönəlmiş çoxsaylı vəsadətlər versə də, heç bir vəsatət edilməmişdir.Avtomobil yolları Dövlət Agentliyi tərəfindən yol nəqliyyat hadisəsi baş vermiş yolla bağlı məlumat məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Həmin arayışdan görünür ki, onun hərəkətdə olduğu yol baş yol, digər avtomobilin hərəkət etdiyi yol isə baş yola bitişik ərazi olmuşdur. Mən qeyd edilənlərə istinad edərək Kürdəmir rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və barəmdə bəraət hökmü çıxarılmasını xahiş etmişəm.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi ilə) 10 dekabr 2019-cun il tarixli (iş -1(106)-229/2019) Hökmü ilə Həşimov Vidadi Seyidağa oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli 1(0410 saylı qərarı ləğv edilərək, Həşimov Vidadi Seyidağa oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması ilə bəraət verilməsinə, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən yol nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Abasov Əlihəsən İftixar oğlunun yol nəqliyyat hadisəsinin baş verməsində təqsirliliyi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon Prokurorluğuna göndərilməsi barədə hökm çıxarmışdır.
Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Yuxarıda qeyd etdiyim ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli Hökmünün Kürdəmir Rayon Prokurorluğuna göndərilməsində 2 ay 15 gün keçməsinə baxmayaraq, Kürdəmir Rayon Prokurorluğu heş bir hərəkət etmir, təqsirli şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün tədbir görmür.
Onuda qeyd edim ki, məni Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməyim barədə ittiham aktını Kürdəmir Rayon Prokuroru təsdiq edib məhkəməyə göndərmişdir.Buna görə hesab edirəm ki, Kürdəmiçr Rayon Prokurorluğu çalışır ki, Abbasov Əlihəsən İftixar oğlu məsuliyyətdən kənarda qalsın.
Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Sizə müraciət edərək Xahiş edirəm, göstərdiklərimi nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəmısinin 10 dekabr 2019-cu il tarixli Qərarının Kürdəmir Rayon Prokurorluğunda araşdırılaraq qanuna müvafiq tədbir görülməsi barədə əlaqədar şəxslərə göstəriş verəsiniz.
Ərizəyə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10.12.2019-cu il tarixli Qərarın
Surətini və digər sənədlərin surətini əlvə edirəm.
Həşimov Vidadai Seyidağa oğlu.”