AQROLİZİNQ ASC-də Rövşən Əsgərovun korrupsiya TARİFLƏRİ
“Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz”.
Bunu iqtisadi müşavirələrin birində Prezident İlham Əliyev deyib:
"“Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Bəli,korrupsiya hər sahədə ölkənin inkişafına əngəldir. Prezidentin verdiyi fərmanlara,yeritdiyi siyasətə qarşı birinci amildir.
Postneft dövründə, kənd təsərrüfatının inkişaf etdirilməsi başlıca meyar olduğu halda bu sahəsə korrupsuya yolverilməzdir.
Azerinfo.tv-yə Şəki Pentensial müəssəsindən Məmmədov Vaqif Rəsul oğlu tərəfindən göndərilmiş sikayət prokurorluq tərəfindən yoxlanılmalıdır.
Həmin məktubu olduğu kimi təqdim edirik:
"Şəki Pentensial muəssəsindən cəza çəkən
Məmmədov Vaqif Rəsui oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Baş Redaktor!
Yazıb Nəzərinizə Çatdırıram ki,mən Goranboy rayonu “AQROLİZİQ”in ASC-nin 2006-cı ildən 2011-ci il tarixinə qədər müdir vəzifəsində çalışmışam. Fəaliyyətim dövründə daim dövlətə və dövlətşiliyə laiqli xidmət etməklə yanaşı hər zaman sadiqlik nümaiş etdirmişəm. Lakin buna baxmayaraq Bakı şəhərində yerləşən “AQROLİZİNQ” ASC-nin baş idarəsinin texniki şöbənin müdri vəzifəsində çalışan Əsgərov Rövşən Veysəl oğlu,tutduğu yüksək vəzifə postundan sui-istifadə edərək mənə qarşı ciddi qanun pozuntularına yol vermişdir. Belə ki,hər ay müşavirə zamanı Əsgərov Rövşən məndən hədə-qorxu və tələbetmə yolu ilə mənim tabeçiliyimdə olan 44 ədəd kənd təsərrüfatı texnikası olan əkin “traktorlarından” hər birinə 30 manat almaqla əlavə “şapka” alırdı. Bundan başqa yenə 54 “kombayından” (taxıl biçən) hər birindən mövsümə uyğun olaraq 500 manat pul almışdır. Bundan başqa 2 ədəd “kamaz” markalı yük avtomobillərinə “AQROLİZİNQ”ə verilməsində əlavə “şapka” alaraq hər birindən 5000 manat pul almışdır. Eyni zamanda “AQROLİZİNQ”ə məxsus “QAZ-53” markalı yanacaq doldurma avtomobillərindən hər birinə 2000 manat pul almışdır. Bundan əlavə yenə dövlət tərəfindən “AQROLİZİNQ”ə verilmiş kiçik tutumlu “QAZEL” markalı avtomobillərdən iki ədəd olmaqla hər birindən əlavə 2000 manat “şapka” alırdı. Amma qeyd edim ki,yuxarıda qeyd etdiyim texnikalar dövlət tərəfindən tam təmənnasız “AQROLİZİNQ”ə verilməsinə baxmayaraq Əsgərov Rövşən Veysəl oğlu öz qanunsuz çirkin əməlləri ilə qeyri-qanuni məndən qeyd etdiyim bütün avtomobillərə “şapka” alırdı. Bəs maraqlıdır bu çirkin pullar kimin cibinə gedirdi? Ən biabırçı hal bundan ibarətdir ki,dövlətimizin başçısı cənab İlham Əliyevin göstərişi və tövsiyyəsi əsasında əhaliyə güzəştli gübrənin verilməsində Ə.Rövşən təkrar kobud qanun pozmaqla,vəzifə səlahiyyətlərini aşmaqla əhaliyə paylanması üçün nəzərdə tutulmuş gübrənin 50kq olmaqla bir kisəsindən əlavə 0.40 qəpik məndən təkrar tələbetmə yolu ilə pul alırdı. Təəssüflə qeyd etmək istəyirəm ki,zamanında mən onun tabeçiliyində olduğum üçün onun “çaldığı havaya oynamağa” məcbur idim. Bundan azmış kimi Ə.Rövşən hətta ailəsinin ət,balıq,toyuq və kənd təsərrüfatı məhsullarını hər ay olmaqla mənə ödətdirirdi. Onuda qeyd edim ki,tabeçiliyində olan bütün texnikaların ehtiyat hissələrini yəni “akumiyatorları,mator yağını” və digər ehtiyat hissələri “AQROLİZİNQ”in baş idarəsi tərəfindən tam təmənnasız verilməsinə baxmayaraq Ə.Rövşən bunlardan istifadə edərək həmin ehtiyat hissələrin pulunu məndən “qəpiyə-qəpik” alırdı. Odur ki,qeyd edim bütün fəaliyyətim dövründə tabeçiliyində olan bütün texnikaların,gübrənin dövlət rüsumunu vaxtı-vaxtında 100% ödəyirdim. Buna Baxmayaraq mənim zəifliyimdən sui-istifadə edən Ə.Rövşən göstərdiyim bütün xərcləri öz şəxsi maraqları naminə istifadə edirdi. Odur ki,çox xahiş edirəm ki,ərizəmdə göstərdiyim Ə.Rövşənin çirkin və qaranlıq rüşvətxor əməllərini rəhbərlik etdiyiniz xəbər agentliyində işıqlandırıb,dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsən diqqətinə çatdırasınız. Bu çox haqsızlıqdır,ədalətsizlikdir!
Əvvəlcədən sizə təşəkkür edirəm.
Hörmətlə Məmmədov Vaqif Rəsul oğlu"
Qarşı tərəfi dinləməyə hazırıq.