Jan 30

Sumqayıt təhsili “nakam qanun”larla idarə olunur- ŞOK FAKTLAR

Bu gün Sumqayıt Şəhər Təhsil Şöbəsində yaşanan biabırçılıqları eşidən hər kəs, az qalır ki, “vəlvələ”yə deyil, birbaşa “zəlzələ”yə düşsün. Buna səbəb isə, rəhbərlik etdiyi şöbəni bir növ feodal üsul-idarəsinin “nakam qanun”ları ilə idarə edən Arzu xanım Alızadınin iştahasını cilovlaya bilməməsidir. 

Son günlər əldə etdiyimiz məlumatlardan bəlli olur ki, adı çəkilən bu xanım Sumqayıt təhsilinə “öz yeniliklərini” bəxş etməkdədir. Söylənilənlərə görə, bir müddət bundan öncə Alızadə soyadını daşıyan bu xanım şəhərin orta ümumtəhsil məktəblərində çalışan, amma 65 yaş həddini keçmiş 45 nəfər müəllimin hər birindən 500 AZN “şirinlik” alıb, onlarla “centlement müqavilə” bağlayır. Elə ki, Təhsil nazirliyində səlahiyyət sahibi olanlar Arzu xanımın belə bir əməlindən xəbər tuturlar, o halda ona ciddi xəbərdarlıq edib, kəskin narazılıqlarını da ifadə edirlər. Atılan addımın mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, bu gün Sumqayıt Şəhər Təhsil Şöbəsində müdir vəzifəsini daşıyan bu xanım, əslində öz maddi maraqlarının təmin olunması naminə 45 nəfər gənc Azərbaycan ziyalısının işsiz qalmasına baiskar olur.

Sumqayıt təhsili “nakam qanun”larla idarə olunur- ŞOK FAKTLAR



Bir qədər də dərin təhlil aparmaqla onu da müəyyən etmək olur ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında xeyli müddətdir ki, ciddi islahat proqramları həyata keçirilir, gənclər irəli çəkilir, işlə təmin olunmalarına xüsusi önəm verilir. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri isə, məhz gənclərin işlə təmin olunmalarına “stop” qoyur.
Düşündürücü hallardan biri də, şöbə müdirinin təkcə ötən bir il ərzində şəhərdəki 2 №-li məktəbin yaxınlığında fəaliyyət göstərən “Almarket” mağazasına bitişik ərazidə ikimərtəbəli mənzil inşa etdirməsidir. Onu da bildirək ki, inşa olunan həmin mənzilin alt hissəsində avtomobil saxlamaq üçün dayanacaq yeri var və mənzilin ümumi görünüşünə diqqət yetirməklə, məhz onun bir neçə yüz min manatın müqabilində inşa olunması qənaətinə də gəlmək olar. Sumqayıt Şəhər Təhsil Şöbəsi “şef”inin adı ətrafında dolaşan söz-söhbətlərdən biri də, şöbə müdirinin anasının dünyadan köçən xalası oğlunun hüzr mərasimində pul toplamasıdır.

Sumqayıt təhsili “nakam qanun”larla idarə olunur- ŞOK FAKTLAR



Şəhər sakinləri arasında belə bir söz-söhbət də danışılır ki, Arzu xanım Alızadə 11 №-li məktəbdə direktor vəzifəsini daşıyan İlahə xanıma tapşırıq verir, o da verilmiş tapşırıq əsasında hüzr mərasimində iştirak edən müəllimlərin hər birindən 50 AZN pul toplayır. Pulun toplanmasında başlıca məqsəd hüzr sahibinə köməklik etmək olsa da, əslində bu heç də belə olmur. Yəni, hüzr sahibinə köməklik adı altında toplanmış 2500 AZN pulu ələ keçirən şöbə müdiri, çox keçmir ki, həmin pulu “qeybə çəkir”. Söylənilənlərə görə o, həmin pulla özünə bir ədəd “prestijnı şuba” alır. Az sonra şəhər sakinləri arasında belə bir söz-söhbət də yayılır ki, sən demə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vermiş olduğu tapşıq əsasında hüzr sahibinə lazımi köməkliklər olunur və belə bir yolla da yola verilir.

Sumqayıt təhsili “nakam qanun”larla idarə olunur- ŞOK FAKTLAR



Arzu xanım Alızadənin qol qoyduğu əməllər heç də qurtarmır və təkcə bunlarla da yekunlaşmır. Belə ki, o, daşıdığı vəzifəsinə sahibləndikdən sonra mütəmadi olaraq öz səlahiyyətlərindən sui-istifadə edib, bir növ Sumqayıt təhsilini “kolxoz bazarı”na çevirir. Məsələn, bu gün də adı çəkilən xanımın məktəb direktorlarını “tasa otuzdurduğu” söylənilir və onlardan əldə etdiyi haqq-hesabları, bəzən təmir işlərinə yönəltdiyi də vurğulanır. Dolaşan söz-söhbətlərə görə, Arzu xanım Alızadə təhsil şöbəsinin giriş hissəsini təmir etdirmək üçün, təkcə bir məktəb direktorundan 500 AZN pul alır. Hal-hazırda şöbə müdirinin qol qoyduğu qanunsuzluqların həddi-hüdudunun bilinmədiyi də iddia olunur. Məsələn, tutaq ki, Sumqayıt şəhər ərazisindəki məktəblərdən birinin direktoru daşıdığı vəzifəsindən uzaqlaşdırılır. O halda Arzu xanım “hərəkətə keçir” və digər təhsil müəssisələrində müavin vəzifəsində çalışan, ona yaxınlığı ilə seçilən şəxsi həmin məktəbə direktor təyin etdirir. Əslində direktor vəzifəsinə həmin məktəbdə müavin vəzifəsini daşıyan, kollektiv arasında nüfuz sahibi olan, idarəçilik qabiliyyətini özündə cəmləşdirən, yaxud da təhsil şöbəsində müəyyən vəzifə sahibi olan şəxslərdən biri təyin olunmalı olduğu halda, o, qanunun belə bir tələbinə məhəl qoymadan düşündüyü addımını atır. O halda sual oluna bilər ki, əgər Arzu xanım Alızadə düşündüyü addımlarını atmağa qərar verirsə, o halda qəbul olunmuş qanunların varlığına nə ehtiyac var? Bütün bunları qeyd edib o qənaətə də gəlmək olar ki, çox yaxın vaxtlarada cənab Ceyhun Bayramov, Sumqayıt təhsilini “kolxoz bazarı”na çevirən şöbə müdirinə “dur deyəcək”.

P.S. Hörmətli oxucular! Sumqayıt Şəhər Təhsil Şöbəsində yaşanan biabırçılıqlar öz aktuallığı ilə diqqəti cəlb etdiyindən, biz bu yöndə araşdırmamızı davam etdirib, gələcəkdə sizləri daha müfəssəl məsələlərlə bağlı məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Bənzər xəbərlər

Gündəm

0.016347885131836