Jan 29

Kəmaləddin Qafarov necə deputat olmaq istəyir....

Tanınmış hüquqşünas Aslan İsmayılov öz feyzbuk səhifəsində Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, 9 saylı Binəqədi ikinci seçki dairəsindən yenidən namizədliyini vermiş Kəmaləddin Qafarova məxsus şirkətlərin natamam siyahısını paylaşıb: "AzəriMed” MMC, "AzəriMed MNK" MMC, "Kanon” MMC, "Mega Pharmacy” MMC, "Azeri Med MNK” MMC," Versal” MMC, "Versal Palace” MMC, "Naturalist” firması, "AvestaFarm" MMC, Cardinal Health şirkəti "Ruslan AZ" MMC, Zəfəran Hospital, Zəfəran Apteklər şəbəkəsi, Siyəzən Broyler...
A.İsmayılov həmçinin xatırladıb ki, K.Qafarovun millət vəkili olduğu dövrdə milyonlarla sərvətləri barədə onlarla material paylaşılsa da bu günə qədər nə hüquq-mühafizə orqanları, nə də MSK buna münasibət bildirməyib.
Lakin sadə vətəndaşlar baş verən hadisələrə münasibətlərini gizlətmirlər. Onlar informasiya məkanına əsas çıxış meydanı olan sosial şəbəkədə Kəmaləddin Qafarovun elə öz səhifəsində rəylər yazaraq fikirlərini ifadə edirlər. İnternet istifadəçiləri K.Qafarovun Milli Məclisin deputatı olduğu dövrdə parlamentdə xalqa heç bir xeyir vermədiyini xatırladırlar. Status və rəylərdə K.Qafarovun seçkiqabağı təbliğat-təşviqat kampaniyasında yerlərdə keçirdiyi görüşlərə guya izdiham görüntüsü yaratmaq üçün tibb işçilərinin cəlb olunduğu, iştirakçıların üzlərindəki ifadələrdən görüş yerinə məcburi gətirildiklərinin hiss olunduğu qeyd edilir. Həmçinin, K.Qafarovun özünə məsləhət görülür ki, bloger Mehnman Hüsenovun onun haqqında çəkdiklərinə baxsın. Şəbəkə istifadəçiləri pessimist kommentlər yazaraq ümidsizlik ifadə edirlər ki, K.Qafarov yenidən deputat olacağı təqdirdə qara maşınına minib seçiciləri üçün əlçatmaz olacaq. Xatırladılır ki, K.Qafarov parlamentin buraxılmasına səs vermiş deputatlardan biridir və onun yenidən namizəd olmağa mənəvi haqqı yoxdur. Maraqlı rəylərdən biri də budur ki, Qafarovun təbliğat-təşviqat kampaniyasında paylaşdığı şəkillərdə seçicilərə verdiyi vədləri əks etdirən şüarları arxivləşdirib sonra yadına salmaq lazımdır.
Milli Məclisdə vacib sahəsinin – Səhiyyə Komitəsinin üzvü olmuşş Qafarov ixtisasca həkim deyil, maliyyəçidir. Parlamentdə devalvasiya, böhran, çıxış yolları haqda fikir yürütmək, hökumətə təkliflər vermək əvəzinə, olsa-olsa bir-iki dəfə dərman qiymətləri ilə bağlı çıxışı ilə yadda qalıb. Bundan başqa Milli Məclisdə səsini eşidən olmayıb. Sanki mandat ona susmaq üçün verilib.
Amma K.Qafarov şəxsi biznes sahəsində kifayət qədər aktivdir. Onun sahib olduğu dərman şirkətləri Milli Onkologiya Mərkəzi (MOM) –nin əsas tərəf müqabilləridir və tibbi preparat və avadanlıqların idxalı üzrə çoxmilyonluq sifarişlər yerinə yetirirlər.
Onu da qeyd edək ki, bir müddət əvvəl hüquqşünas İlqar Altay da bu məsələyə toxunmuş, xatırlatmışdı ki, Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Görünür, K.Qafarov məhz bu kimi məsuliyyətə cəlb olunmalardan özünü sığortalamaq üçün növbəti 5 il üçün toxunulmazlıq statusu əldə etmək istəyir. 5 ildən sonra isə ya eşşək ölə, ya xan...
Nyus.Az

Bənzər xəbərlər

Gündəm

0.02658486366272