Dec 16

Heydər Əliyevin şəkli olan saatı 10 min dollara satan şirkət – deputat Musa Urud da QNET-də təmsil olunur?


- Qardaş, milyoner olmaq istəmirsən? Yaxşı bir iş var. Sənin qazanmanı istəyirəm. Niyə başqası qazanmalıdır ki?
- Nə işdir elə?
- Telefon söhbəti deyil. Bunun üçün mütləq bura gəlməlisən.

Bu dialoq bəlkə də çoxlarına tanışdır. Şəbəkə biznesi ilə məşğul olanlar salam-kəlamdan sonra yaxınlarını, dost-tanışlarını "yoldan çıxararaq" ofislərinə bu yolla dəvət edir. Hələ bu, dialoqun qısa formasıdır. Qarşıdakı adam nə qədər cəhd etsə də, işin nədən ibarət olduğunu telefon vasitəsilə öyrənə bilmir və ofisə getməkdən də imtina edir. Bu zaman dostunu "milyoner" etmək istəyən iki gündən bir, bəzən 2-3 ay zəng edib qır-saqqız olur ki, "mütləq gəlməlisən, yaxınımsan, dostumsan, canımsan, qardaşımsan, sənin qazanmanı istəyirəm".

Oxşar olsalar da, mövzumuz 1990-cı illərdə dəb halını almış muncuq biznesi barədə deyil, İnternet üzərindən şəbəkə biznesi haqqındadır. İnternet üzərindən şəbəkə biznesi necə işləyir, bu işdə kimlər udur, kimlər uduzur, kimlər necə aldanır və kimlər necə aldadır? Suallarımıza cavab tapmaq üçün həm bu işə pul qoyub udanlar, həm uduzanlar, həm şəbəkə biznesinin məsul şəxsləri, həm də müstəqil ekspertlərlə danışdıq.

Heydər Əliyevin şəkli olan saatı 10 min dollara satan şirkət – deputat Musa Urud da QNET-də təmsil olunur?





Bir ailənin 5 üzvünün pulu necə batıb


Müsahibimiz Ramiz də bir neçə il bundan əvvəl Quest.net (indiki qnet.net - L.M.) şəbəkə biznesinə qoşulanlardandır. Deyir ki, yalnız özü deyil, atası, bacısı, xalası və dayısı da bu biznesə qoşulub. Hətta qardaşı şəbəkədəki dostlarının təkidi ilə daimi iş yerini də tərk edib ki, aya ən azı 2-3 min manat qazanacaq. Qohumlar hərəsi ayrı-ayrılıqda 600-800 manat verərək qızıl zinət əşyaları sifariş ediblər. Qohumların biri-birini cəlb etdikləri və "iş"ə başladıqları müddətdən 2-3 ay sonra Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Şəbəkə biznesinə pul qoyub qazanmaq istəyən bu ailənin bir neçə üzvünün sifariş etdiyi zinət əşyaları da gəlib çıxmayıb. Beləliklə, "it də iplə birlikdə gedib". Ramizin dediyinə görə, onu bu "iş"ə eyni qəsəbədə yaşayan yaxın dostu dəvət edib, sonra isə o, öz qohumlarını prosesə cəlb edib. Ramiz deyir ki, şəbəkəyə qoşulmaq üçün 3-4 il əvvəl aldığı min manat borcu hələ də qaytara bilməyib: "Hətta elə adamlar tanıyıram ki, bankdan faizlə götürdükləri borcu 2 il müddətinə güclə qaytardılar. İnternet vasitəsilə aldığın malı da bazarda satmaq istəyəndə ona aldığından 3-4 dəfə ucuz qiymət qoyurlar deyə, satmağa əlin gəlmir".

İşin məğzi nədən ibarətdir?



Heydər Əliyevin şəkli olan saatı 10 min dollara satan şirkət – deputat Musa Urud da QNET-də təmsil olunur?



Yuxarıda qeyd etdiyimiz kimi, sizi şirin vədlərlə ofislərinə aparırlar. Ofisdə sizi gülərüz personal qarşılayır və səliqəli bir otağa aparır. Burada siz, sizi şirkətə qoşmaq istəyən və sizə pul qazanmağın yollarından danışan xanım (nədənsə, pul qazanmanın yollarını anladanlar həmişə xanımlar.) olur. O, əvvəlcə sizə sual verir ki, milyoner olmaq istəyirsinizmi. Təbii ki, sizdən "bəli" cavabını alandan sonra şirin dilini işə salır və şəbəkə biznesində uğur qazanmağın yollarından danışır. Danışığından da belə çıxır ki, bu işdə uduzmaq mümkünsüzdür. Hətta sizə bu yolla dünyada zəngin olan, lüks maşınlara, evlərə sahib olan əcnəbi isimlərin hekayələrini anladır. Bunun da ardından sistemə üzv ola bilməniz üçün sizdən şirkətə məxsus hansısa zinət əşyası, yaxud sağlamlıq üçün lazım olan məhsul, ya da hansısa ölkədə qalmaq üçün pulsuz hotel xidmətini sifariş verməniz tələb edilir. Özü də qızıl məmulatlarının çox məhdud sayda istehsal edildiyini və sizə çox ucuz qiymətə başa gəldiyi deyilir. Yalnız bu məhsulları pul verib aldıqdan sonra şirkətə üzv ola bilirsiniz. Sonra üzərinizə üzvlər yazdırırsınız ki, onlar vasitəsilə pul qazana biləsiniz. Məsələn, min manat verib 1 qızıl zinət əşyası alırsınız, sonra üzərinizə 2 nəfər yazdırırsınız, yəni bu adamlar da məhsul alırlar. Beləliklə, 2 nəfərdən 250 manat əldə edirsiniz. Sonra üzərinizə yazılmış 2 nəfər hərəsi öz üzərinə 2 nəfər yazdırdıqda yenidən 250 manat qazanırsınız. Beləcə, sizə üzərinizə daha çox adam yazdırmaqla daha çox qazanacağınız vədi verilir. Təbii ki, siz də bu şirin vədlərə aldanaraq şəbəkə biznesinə qoşulursunuz. Düşünürsünüz ki, tanışlarınız çox olduğuna görə sizə adam yığmaq üçün 1-cə ay kifayətdir. Beləcə, sizə pul qazanmağın yollarını izah edən xanım istədiyinə nail olur.


Tutulub buraxılan dələduzlar

Hələ 2010-cu ildə “Yeni Musavat”yazırdı:” “Quest Net” şirkəti Heydər Əliyev Fondunun və ölkənin birinci xanımı Mehriban Əliyevanın adından istifadə edərək, vətəndaşları aldadır. Adamların çoxunu bu vasitə ilə inandırmağa çalışırlar ki, həqiqətən bu şirkət dövlət səviyyəsindədir. Hətta orada olduğumuz zaman üzərində Heydər Əliyevin şəkli olan saatı bizə xüsusilə reklam etdilər. Bildirdilər ki, ən çox satılan mallardan biri məhz bu saatdır…
Qeyd edək ki, ötən ilin fevralında dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilməsi haqda məlumat yayılmışdı: “Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 dollara sataraq külli miqdarda qazanc götürüb. Prosessual araşdırmalar göstərib ki, ”QuestNet" firmasının mərkəzi ofisi Çinin Honkonq şəhərində offşor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilən 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb".
Əməliyyat zamanı firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsa da, sonradan onların hamısı azad olunmuşdu. Azərbaycandan başqa heç bir Avropa ölkəsində “Quest Net” ofisi fəaliyyət göstərmir. Pakistanda isə bu şirkətin fəaliyyəti qadağan olunub.
Ekspertlər vətəndaşlara xəbərdarlıq edirlər ki, bu cür piramida sistemli fırıldaqlara aldanmasınlar. Düzdür, artıq minlərlə insan bu şəbəkənin toruna düşüb və özləri ilə bərabər yaxın qohumlarını, dost-tanışlarını da bəlaya salıblar. Üzərində mərhum prezident Heydər Əliyevin şəkli olan medallarla, arxalarında Heydər Əliyev Fondunun durması iddiaları ilə vətəndaşlarda etibar qazanan şirkət Azərbaycanda böyük bir fəlakəti yetişdirməkdədir. Bir daha hüquq-mühafizə orqanlarından tələb edirik ki, üzərlərinə düşən vəzifəni həyata keçirsinlər, minlərlə Azərbaycan vətəndaşının müflis olmasına, onların həyatlarının məhv edilməsinə laqeyd baxmasınlar.”


Aybəniz Əhmədovanı necə aldadıblar


Ütündən az qala 10 il keçib, bu dələduz piramida hələ də Azərbaycanda insanları bədbəxt edir.Bu şirkət hətta ABŞ-da belə yasaqlanıb. Bəs bizdə niyə əllərin-qolların sallayaraq fəaliyyətdədirlər.
Azerinfo.tv-yə şikayətlə müraciət edən, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 113 , ev 603- də kirayə yaşayan,( Beyləqan Şəh.Məhəmməd Əsədov 105 mən.4 –də qeydiyyatda olan) İsmayılova Aybəniz Muxtar qızının məktubundan belə anlaşılır ki, sabiq deputat Musa Urudun da adı QNET rəhbərliyində çəkilir.
Şikayətçi xanımın Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova,Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə,Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazdığı məktubu olduğu kimi dərc edirik:

“Ə R İ Z Ə

Hörmətli Cənab Prokuror!!!
Hörmətli Cənab Əli Nağıyev!!!
Hörmətli Redaksiya!!!



Yazıb Sizə bildirirəm ki, 2018 –ci ildə iş yerimdə oturmuşdum. Nizami metrosu yaxınlığında dərzi işləyirdim.Nigar Vəliyeva adlı bir qadın yanıma gəldi.O bildirdi ki, deputat Musa Quliyevin obyektində böyük bir şirkətimiz var. Şirkəti tərifləməyə başladı. O qədər tərifləyir ki, guya qısa bir zamanda milyoner olacaqsan. Mən bildirdim ki, bir dəfə bir dərman şirkətində işləmişəm.Lakin o vaxt aldanmışam ona görə də istəmirəm.O birinci Musanın adını çəkdi, dedi ki., tək Musa deyil bütün deputatlar bizlədir, şirkətimiz dövlət səviyyəsindədir. Çox get- gəldən sonra 38-40 yaşlı,başıbağlı Elnarə Həsənova adında bir qadın gəldi,dedi ki, mən Hacı xanımam ,necə olursa olsun səni şirkətə cəlb edəcəm.Özüm Prezident Aparatında işləmişəm.Prezident təqaüdçüsüyəm. Bax o işi atıb bura gəlmişəm. Oğlumu da bura cəlb etmişəm.Öyrəndim ki, Elnarənin anası   Nailə prokurordu, bacısı və  xalası da  Kənd Təsərrüfatı Nazirliyində  işləyirlər.Bir neçə gündən sonra Nigar Vəliyeva adlı bir qadın yanıma gəldi. Dedi ki, dərzilik nədir edirsən, mən səni milyonçu edəcəm. Özüm Prezident Aparatında işləmişəm.Prezident təqaüdçüsüyəm. Bax o işi atıb bura gəlmişəm.Oğlumu da bura cəlb etmişəm. Belə ki, Nigar mənim Beyləqandan olduğumu biləndən sonra Salman adlı bir beyləqanlını ora dəvət elədi. Salman Beyləqanda bazarda işləyirdi. O mənə bunların QNET şirkətini təriflədi. Iki oğlunun ,yoldaşının ,qohumlarının bu şirkətdə olduğunu, hətta özü də rayondan çıxıb bura gələcəyini bildirdi.Məni də inandırdı. Sonradan Rəna adlı texnikumda işləyən bir xanımla Nigar məni tanış etdi.Dedi ki, o da bu şirkətdə işləyir. Mən də inandım.Elnarə, Nigar öz ofislərinə məni dəvət etdilər, orada mənə Mehriban və İlham Əliyevlə bağlı videolar göstərdilər.Videoda Heydər Əliyevin şəkli olan saatın təqdimatında İlhamƏliyev və Mehriban Əliyeva iştirakını göstərdilər..


Heydər Əliyevin şəkli olan saatı 10 min dollara satan şirkət – deputat Musa Urud da QNET-də təmsil olunur?





Dedilər bax ,sağ- sol deputat və hüquq mühafizə orqanları əhatəsində yerləşən bir şirkət səncə yalançı ola bilər? Elnarə və Nigar mənə bir ilin içərisində mənə iki ev alacağına söz verdi.Məni inandırdıqdan sonra Nigar məndən ilkin 37 manat aldı. Sonra mənə dedi ki, əgər qızılın varsa gedək qoyaq “Turan” banka, pul götür ver bizə , söz verirəm ki, 2-3 aya borclarının hamısını bağlayıb, gəlir əldə edəcəksən.Soruşurdum necə.Deyirdi ki, özünü yorma , bu mənlikdir.Mən rayondan özümün və qızımın qızıllarını götürüb gətirdim banka.Pulu onların iştirakı ilə 2 min öz adıma, sonra Nigarın adına öz qızılımı qoyub pul götürdüm.Və digər qohumlarımın adına pul götürüb onlara verdim.Nigar mənə dedi ki, 6 rəqəmli kodu ala bilsən bizim şirkətdən milyonçu olacaqsan.2 min dollar qızım Ayşənin adına, 2 min dollar öz adıma pul qoyub şirkətə yazıldıq.

Onlar mənə dedilər ki, təkcə qızını yazdırsan 450 dollar pul ilkin olaraq pul götürəcəksən .Ayda isə 250 dollar alacaqsan.Mən 15 gündən sonra pul tələb etdikdə dedilər ki, yox, sənin bir tərəfin boşdur. Sonra mənə dedilər ki, siyahı tut sol tərəfinə adam yazdır. Mənim Ombudsmanda işləyən tanışım Jaləni də onlar tələyə salıb 4000 bir, 3 min 600 bir aldılar.Elnarə, Nigar natariusa gedərək Jaləyə faizlə pul verdilər.Jalə pulu qaytardığına baxmayaraq qəbzi ona qaytarmadılar.Sonra onlar mənə dedilər ki. guya adıma 425 dollar pul gəlib.Mənə isə cəmi30 manat verdilər, dedilər ki,yaxınlarını əlavə olaraq bura yığ, yaxın günlərdə sənə kart verəcəyk.Pullar kartına yığılacaq.Yaxın ərəfədə ev alacaqsan.Həm Moskvadan , həm Bakıdan. Mən də qohumlarımı inandıraraq onları şirkətə dəvət etdim. Mənə isə dönə- dönə tapşırdılar ki, qardaşına , oğluna bu şirkətə yazıldığını bildirmə. İşimizi pozarlar.Moskvada bu şirkətin başında Ceyhun ,Mamed bir də Musa müəllim (deputat) oturub.Bunlar milyonçudurlar.Ümumilikdə mən, və qohumlarım Nigara , Elnarəyə 150 min manat pul verdik.Maraqlı burasıdır ki, onlar hamımızı , qızıl qoyub pul götürməyə “Turan” banka aparırdılar.Deyirdilər ki, bu bizim bankdır.Bir il ötdü. Mən aldanıdığımı başa düşdüm.Artıq banklara faiz verə bilmirik. Borclardan boğuluruq.Belə ki, mən 40 –a yaxın adamı ora yazdırmışam. İndi onlar məndən pullarını istəyirlər.Nigar deyirdi ki, bizdən 2000 dollara aldığınız Heydər Əliyevin saatını auksion olacaq onu 10 min dollara satacaqsız.Guya Sevil Əliyeva bu saatı İtalyada mağazaya baha qiymətə qoyub satdırır. Biz də inanırdıq ki, bu boyda prezidentin saatını hansısa bir dələduz satamı bilər? Hal - hazırda Şirkətdə Nigar, Aydın , bir də tanımadığım bir qız oturur.Elnarə isə gah Moskvaya .gah Türkiyəyə gah da bura gəlir.Guya Türkiyədə böyük şəbəkəsi var.Elnarə Furqan adlı şəxsin də adını tez –tez çəkirdi. Bir də Şirxan adlı şəxs guya idarənin şefidir. Hal –hazırda onlar yerlərini tez –tez dəyişib bizi bloka atıblar.Yaxın günlərdə onlar Nizami metrosu ətrafında yer götürmuşdülər. İndi oranı da dəyişiblər. Mən onlardan pulumu istədikdə məni ölümlə hədələyirlər.Deyirlər ki, sənin başına elə oyun açarıq ki, adın yadından çıxar, arxamızda elə adamlar durub ki!!! Bizi İnterpol müdafiə edir. Polislər bizdən qorxur.Get hara istəyirsiz deyin.

Xahiş edirəm ki, bu dələduz dəstəni cinayət məsuliyyətinə cəlb edib pullarımın qaytarılmasına bizə kömək edəsiniz. Mənim kimi aldadılan şəxslər yüzlərlədir.”

Mövzuya qayıdacağıq.

Bənzər xəbərlər

Gündəm

0.019040107727051