Sep 03

Avtomobillə toqquşan motosiklet sərnişin avtobusuna çırpıldı

Bakıda baş vermiş ağır qəzanın təfərrüatı məlum olub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən (BŞDYP) Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 99-F-064 dövlət qeydiyyat nişanlı motosiklet 10-KM-444 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobil ilə toqquşub.

İdarəetməni itirən motosikletin sürücüsü 77-JA-952 dövlət qeydiyyat nişanlı marşrut avtobusuna çırpılıb.

Qəza zamanı motosikletdə olan sürücü və sərnişin xəsarət alıblar.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.

Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, "Hyundai Elantra" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.

Nəticədə, motosiklet sərnişin avtobusunun altına düşüb, nəqliyyat vasitəsində olan hər iki nəfər ağır yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik:

Bənzər xəbərlər

Gündəm

0.021049976348877