Aug 05

Saleh Məmmədovun tender kvarteti və unutduğu Seyidəli adlı qohumu ....

Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sədri Saleh Məmmədov başda olmaqla, qurumun baş xəzinədarı Müseyib Həmzəyevin, “Göyçay-ATF” MMC-nin direktoru Azad Muradovun və Bakıdakı asfalt zavodlarından birinin direktoru Zabil adlı şəxsin təşkil etdiyi möhtəşəm korrupsioner dördlük ölkənin yol təsərrüfatını yeyib-bitirməkdədirlər. 

Onların talançı fəaliyyətləri barədə hərəsi haqda ayrı-ayrılıqda indiyədək çox deyilib, çox yazılıb. Ancaq kvartet halında nəzərdən keçirildikdə, əslində mütəşəkkil çapovulçuluq törətdikləri aşkar görünür. Digər üç nəfər heç də var-dövlət, əyri yollarla topladıqları haram kapital sarıdan Saleh Məmmədovdan geri qalmırlar. Uzun müddət Dövlət Dəmir Yolları İdarəsinin mühasibi vəzifəsində çalışan Müseyib Həmzəyev maxinatorluqda tam peşəkarlaşıb.

Azerinfo.tv-nin redaksiysına daxil olmuş məlumatda qeyd olunur ki, 2006-2015-ci illər ərzində dövlət büdcəsindən dəmir yolu təsərrüfatına ayrılan 800 milyon manatın özünün tərtib etdiyi "korrupsiya sxemi" əsasında İdarənin Yükdaşıma, Sərnişindaşıma və Vaqon Təmiri Depertamentlərində "yuyulmasına" nail olan Müseyib Həmzəyev indi öz peşəkar maxinasiyalarını AAYDA-da uğurla davam etdirməkdədir. Sabiq nəqliyyat naziri, indi namaz qılan Ziya Məmmədovun adamı kimi tanınan Azad Muradovun direktoru olduğu "ATF" həmin şirkətdir ki, iki il əvvəl Göyçay çayının məcrasını 30 metr dərinləşdirməsi səbəbindən rayondakı körpü uçmuş, dövlətə 3 milyon manatdan çox zərər dəymişdi. Mətbuatda körpünün uçmasına əsas səbəb kimi də məhz ATF şirkətinin çayın məcrasında kortəbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərildi. Məhz qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Şirkət rəhbərliyində onu qardaşı Azad əvəzlədi və sələfinin yolu ilə getdi. Bunca neqativ informasiyanın fonunda bu il Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün elan edilən tenderdə “ATF” MMC-nin qalib gəlməsi qəribə görünməyə biməz. Əslində cavab bəllidir: "Tender kralları" zatən başqasını qalib etməzdilər. Mindiyi son dəb "Range Rover" avtomobilinin qiyməti 200 min manat, daşıdığı dövlət nömrə nişanının qiyməti daha baha olan Azad Muradovun qardaşı oğlu Tehran Muradlı doğma Göyçayda 17 №-li Yol İstismar MMC-nin rəisidir.

Aydın məsələdir ki, "yad adama" rayonun yollarını "abad etməyi" etibar etmək sadəlövhlük olardı. Dördlükdən sonuncusu, yəni, Zabil müəllim deyilənə görə çox imkanlı adamdır. Novxanıda yerləşən və dəyəri 3 milyon manat olan "RESTTİME NOVXANI” otelinə sahibdir. Bir müddət öncə ölkə mediasında bu otelin Müseyib Həmzəyevə məxsus olduğu iddia olunurdu. Həmin otelə 320.000 manatlıq son model "S Klass MERCEDES"lə gəlib - gedən Zabil dördlüyün digər üzvləri ilə özlərinə qeyri-rəsmi iqamətgah seçdikləri bu oteldə hər gün bir araya gəlir, korruptiv planlar qurur və əylənir, eyş-işrətlə məşğul olurlar. Amma əlbəttə ki, korrupsiya havası çalan kvartetin həm de-yure, həm de-fakto dirijoru Saleh Məmmədovdur. Agentliyin rəhbərinin özü və oğlunun nəhayətsiz, ölçüyəgəlməz haram kapitalları barədə indilərdə mətbu və elektron nəşrlərdə ciddi ittihamlar irəli sürülür. Həmin tənqidi yazılar kifayət qədər üzdə olan saytlarda dərc olunduğundan, oxucu üçün əlçatan yerdədir deyə onlarda sadalanan ittihamları bir daha təkrarlamaq istəmirik. Ancaq dördlüyün digər üzvlərinə bir mesaj vermək istəyirik ki, "Tanrı bəxşişi" hesab etdikləri Saleh Məmmədovun el dili ilə desək, "gethagetdə əl tutmağı yoxdur". Necə ki, ona dar ayaqda kömək etmiş Sevinc ("Seyidəli") adlı qohumunu taleyin ümidinə buraxıb. Kimdir o, Sevinc və ya (“Seyidəli”)... Bu xüsusda araşdırmalarımız davam edir. Yaxın -irəlləyən günlərdə əsl adı Sevinc olan, hər kəsin isə onu “Seydəli” kimi tanıdığı bu şəxslə Saleh Məmmədovun bağlılığı haqda yazacağıq.

Bənzər xəbərlər

Gündəm

0.030839204788208