May 29

İnam Kərimovun müəmmalı “EMA” SEVGİSİ… – İTTİHAM

Azərbaycanda istehsal olunan çox az sayda gübrələrdən başqa məhsuldarlığı artıran bütün dərman pereparatları ölkəmizə xaricdən gətirilir.

Bu işi isə artıq 1996-cı ildən bu sahə üzrə ixtisaslaşdırılmış və həm də inhisarlaşdırılmış “EMA” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Yarandığı tarıxdən ölkədə bitkilərin mühafizə olunması, baytarlıq və suvarma sistemləri sahəsinə müxtəlif yeniliklərin gətirililməsi ilə də məşhur olsa da, son dövrlər bölgələrdə bu şirkətin gətirdiyi dərmanların effekt vermədiyi barədə narazılıqlar artmaqdadır.
Şirkətin rəhbəri Ədülhüseyn Abdullayev bu müddət ərzində çox böyük sərvətə sahib olmaqla yanaşı, həm də yaratdığı geniş əlaqələr hesabına Kənd Təsərrüfarı Nazirliyinin gübrələrin və pestisidlərin alınması üçün elan etdiyi tenderlərin dəyişməz qalibi olmağı bacarır. Artıq bir neçə Kənd Təsərrüfatı Naziri və “Aqrolizinq” rəhbərinin dəyişməsinə rəğmən Əbdülhüseyn Abdullayevin işini uğurla davam etdirməsinin heç də təsadüi olmadığı bildirilir.

Картинки по запросу EMA MMC

Keçən il ard-arda bir neçə əyalətdə (zəncirvari olaraq Saatlıda, Tərtərdə, İmişlidə, Yevlaxda, Ağdamda və daha sonra yenidən Tərtərdə) pambıq tarlalarında baş verən kütləvi zəhərlənmələrin səbəbini araşdıran istintaq »Ema» şirkətinə verilmiş geniş meydanı daralda, hətta Əbdülhüseyn Abdullayevin monopoliyasının sonunu gətirə bilərdi. Amma necə oldusa, Ə.Abdullayev xətanı öz başından sovuşdura bildi və halalı harama qarışan biznesini qorumağı bacardı.

Az öncə «Ema» şirkətinin Sabunçu rayonunda yerləşən mərkəzi ofisində baş verən cinayət hadisəsinin izi ilə apardığımız araşdırma və müşahidələrimiz isə burada həm də işçilərin əmək müqaviləsi bağlanılmadan işə cəlb olunması, malların satışından əldə olunan gəlirlərin vergidən yayındırılması hallarını üzə çıxardı. Burada xeyli vaxtdır işləyən, hamının çoxdan tanıdığı, elə bu sətirlərin müəllifinin də dəfələrlə dərman aldığı Naza ləğəbli Nazilə xanımın öz əri tərəfindən iş yerində bıçaqlandığı barədə xəbərini araşdırırdıq. Söz gəzirdi ki, hadisə qısqanclıq zəminində baş verib və ər arvadını şirkət rəhbərliyində təmsil olunan şəxslə yaxınlıq etdiyini öyrəndiyinə görə bıçaqlayıb. Məsələnin təfərrüatını öyrənmək üçün cənab Ə.Abdullayevə zəng vurub bir neçə sual vermək istədik. O isə jurnalist olduğumuzu bilən kimi acıqlı tərzdə: «Cəhənnəmə yazın nə yazırsız!..» — deyib telefonu qapadı.

Sonra «Ema» MMC-nin ofisinə yollanıb suallarımıza cavab verə biləcək başqa hal şahidlərini aradıq. Düzü, təxmin edirdik ki, şirkətin digər işçiləri də eynən Ə.Abdullayev kimi bizimlə təmasa meyl etməyəcəklər. Amma Anar Nəbiyev adlı şəxsin özünü qabağa verməsi açığını desək, bizi bir az təəccübləndirdi. O, bildirdi ki, özü «İldırım» MMC-nin rəhbəridir. «Ema» ilə icarə əsasında binanın bir sektorunu götürərək «Zoomarket» kimi istifadə edir. Bıçaqlanan qadın Nazilə də guya «Ema» MMC-nin deyil, məhz həmin marketin işçisiymiş və bu məsələnin Ə.Abdullayevə heç bir aidiyyəti yoxdur. Bizim istəyimizlə A.Nəbiyev «İldırım» MMC ilə Nazilə xanım arasında 3 ay əvvəl bağlanmış əmək müqaviləsini də göstərdi. Amma daha əvvəlki illərdə müqaviləsinin olub-olmadığı barədə sualımızı cavablandırmaqdan yayındı.

Onu da müşahidə etdik ki, sözügedən zoomarketdə kassa aparatı yoxdur, bu da satılan baytarlıq dərmanlarına müştəridən alınan pulların vergidən yayındırılması şübhəsi doğurur.

Çoxdan məlum olan həqiqətdir ki, haram qazanc hesabına varlanan adamların özləri və övladları keçirdikləri həyat tərzinə rəğmən cəmiyyət arasında bəyənilməyən zərərli vərdişlərə yiyələnirlər. Xatırlatmağa dəyər ki, Ə.Abdullayevin oğlunun narkotikə qurşandığı xəbəri təzə deyil, ata Abdullayevin özününsə katibələrini tez-tez dəyişmək şakərinin olduğu hamıya bəllidir.

P.S. Məqalə dərc olunmamışdan əvvəl yuxarıda qeyd olunan faktların nə dərəcədə dəqib olub olmaması barədə şirkətin rəhbəri Ədülhüseyn Abdullayevə rəsmi məktubla müraciət etdik və həmin məktubu əməkdaşımız vasitəsilə ünvanına göndərdik. Məktubu qəbul edən katibə xanımdan əməkdaşımız xahiş edib ki,məktubu qəbul etdiyini təsdiqləmək üçün ikinci nüsxəsinə imza atsın. Xanım bildirib ki, əvvəl məktubu oxuyum sonra imza ataram. Məktubu oxuyb qurtarandan sonra açıqca hörmətsizlik edərək məktubu cıraraq yerə atıb.

Bir daha qarşı tərəfə mövqeyini bildirməsini təklif edirik. \\deryaz.az\\

İnam Kərimovun müəmmalı "EMA" SEVGİSİ... - İTTİHAM

İnam Kərimovun müəmmalı "EMA" SEVGİSİ... - İTTİHAM

Bənzər xəbərlər

Gündəm

0.015363931655884