Jul 05

Təhsil şöbəsi müdirinin arvadı məktəbdə gözətçi işləyir?-FOTO

Bir müddət öncə sosial şəbəkələrdə və mediada Kəlbəcər məktəblərinin birində rüşvət toplanmasına dair video yayımlanmışdı. Hadisənin Kəlbəcər orta məktəblərin birində baş verdiyi və bir qadın tərəfindən siyahı üzrə pul toplandığı video çəkilişdə görünürdü. 

Yayılan video-çəkilişdə bildirilirdi ki, siyahı üzrə valideynlərdən yığılan pul məktəbdə yeni sinif açılması üçün rüşvət olaraq toplanıb və məktəb direktoruna, eləcə də Kəlbəcər rayon Təhsil Şöbəsinin rəhbərinə çatıb.

Həmin videodan sonra Fazil Zeynalov Kəlbəcər rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda Kəlbəcər rayon Təhsil Şöbəsinin rəhbəri vəsifəsini əvəzləyici kimi İsmayıl Məmmədovun icra etdiyi deyilir.
Bu yaxınlarda isə facebook sosal şəbəkəsində Kamil İsmayılov adlı istifadəçi Kəlbəcər rayon Təhsil Şöbəsinin rəhbərinin əvəzləyicisi İsmayıl Məmmədovun həyat yoldaşı Ülviyyə İsmayılovanın Kəlbəcərin 73 saylı orta məktəbində gecə gözətçisi işlədiyini yazıb: "Kəlbəcər təhsilinin müdiri İsmayıl Məmmədovun həyat yoldaşı Ülviyyə xanım Kəlbəcərin 73 saylı məktəbini, gecə saat 3, 4, 5 radələrində gözətçi olaraq qoruyur."



Onu da qeyd edək ki, Qəbələnin Zarağan 2 köçkün şəhərciyində məskunlaşmış, məktəb müəllimi İsmayılov Kamil Allahverdi oğlu mediaya mürciətində bildirirdi ki, 08.10.2020-ci ildə şəhid qohumun yas mərasimində iştirak etdiyi üçün həm töhmət verilib, həm 5 saat dərsi alınıb, həm sinif rəhbərliyi əlindən alınıb: "Ümumiyyətlə, Kəlbəcər təhsilində xaos, anarxiya baş alıb gedir və bu cür hallar tək adıçəkilən orta məktəbdə yaşanmır. Kəlbəcər məktəblərində yaranmış özbaşınalıq, rüşvətxorluq, nizam-intizamsızlıq mühiti məhz təhsil şöbəsi müdirinin yaratdığı ab-havadan qaynaqlanır."
Eyni zamanda mediada yayılan məlumatlarda qeyd olunur ki, Kəlbəcər rayonuna aid digər 7 ümumtəhsil məktəblərinin müəllimlərinə qarşı özbaşınalığa yol verilib. İddialar var ki, 2019-2020-ci tədris ilinin may, iyun aylarında, habelə 56 günlük yay məzuniyyətində, yəni pandemiya səbəbindən karantinin tətbiq olunduğu müddətdə müəllimlərin və texniki işçilərin xəbərləri olmadan əmək haqlarından tutulub. Bunu “Qırmızı Aypara” cəmiyyətinin adından ediblər və böyük saxtakarlığa yol verilib. Bu maaş kəsimləri isə tam qanunsuz olub.

Məsələ ilə bağlı Kəlbəcər rayon Təhsil Şöbəsinin rəhbər vəzifəsini icra edən İsmayıl Məmmədovla və Daşkəsən rayonunun Bayan kəndində yerləşən Kəlbəcərin 73 saylı orta məktəbininin direktoru ilə əlaqə yaratmağa çalışsaqda, bu mümkün olmadı.

Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq./Milletinsesi.info/

Bənzər xəbərlər

Gündəm

0.037160873413086