Jul 05

Kristal Abşeronda dəhşətli 'MAXİNASİYALAR'-Məhayət Nəbiyev və DEPUTAT Ağalar Vəliyevin ortaq biznesi...

Ağalar Vəliyev 1 əlində 2 vəzifə, daha doğrusu, deputat mandatı və ASC sədri vəzifəsini tutub...

Məhayət deyir ki, “Kristal Abşeron”a Tovuzdan olmayan işçi götürmürəm...

Şirkətin şərtləri ilə razılaşmayan mənzil sahiblərinə hədə-qorxu gəlinir...

Məhayət Nəbiyev qoçu dəstələri saxlayır


Hazırda “Kristal Abşeron” şirkəti Nəsimi rayonu ərazisində sovetdən qalma 5-6 mərtəbəli binaları söküb yerində 15-20 mərtəbəli göydələnlər tikir.
Binanın sakinləri bildirir ki, şirkətin təsisçisi, yəni hüquqi sahibi Məhayət Nəbiyev bizi aldadaraq, bəzən hədə-qorxu gələrək neçə il yaşadığımız evlərdən çıxarıb.
Bəli, təəccüblənməyin. Məhayət Nəbiyevin qoçu dəstələri də var. Kim razılıqla evindən çıxır, müqavilə imzalayırsa, canını qurtarır. Kim ki, şirkətin şərtləri ilə razılaşmırsa, onu incidirlər, müxtəlif yollarla razılaşmağa məcbur edilər.
Artıq “Kristal Abşeron”dan şikayətlər medianın manşetlərini bəzəyir.
Məlumat üçün bildirək ki, şirkətin real sahibi, yəni “xozeyni” deputat, “Azəraqrartikinti”nin təsisçisi Ağalar Vəliyevdir.
Ağalar Vəliyev, Məhayət Nəbiyev kimilər ölkə qanunlarını ayaqlar altına atırlar. Yoxsa, millət vəkilinin bizneslə, tikinti ilə məşğul olmasına necə haqq qazandırmaq olardı ?
Öncə onu qeyd edək ki, “Kristal Abşeron” şirkətinin tikdiyi binalardan mənzil alanlar hər yerə şikayət edirlər.
Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək kimi problemlər alıcıları əməlli-başlı bezdirib.
Şikayətçilər deyir ki, müqavilədə məbləği dollarla göstərib bizi aldatdılar ki, narahat olmayın manatla ödəyəcəksiniz. Amma devalvasiyadan sonra məbləğ dolların yeni kursu ilə hesablandı.
Ən dəhşətlisi odur ki, “Kristal Abşeron”da ödəniş bank vasitəsilə deyil, şirkətin ofisində nağd formada olur.
Dünyanın heç bir yerində belə cinayət ola bilməz. Şirkətin nə ixtiyarı var ki, ödənişləri nağd qəbul edir.
Bu açıq-aşkar vergidən yayınmadır. Həm də söhbət 5-10 manatdan deyil, milyonlardan gedir.
Bütün bunlar azmış kimi satılan mənzillər lazım olan səviyyədə deyil, gecikən ödəmələrə görə, əlavə faizlər tələb olunur.
Bir sözlə, şirkətdə qanunsuzluqlar baş alıb gedir.
Təmirsiz mənzillərə köçən vətəndaşlar aylarla şirkətə gedib-gəlsələr də təmirə nail ola bilmirlər. Axı, təzə mənzil necə təmirsiz ola bilər, cənab Ağalar Vəliyev ?
Cənab Vəliyev, bir əlində iki vəzifə tutmusan, daha doğrusu, deputat mandatı və ASC sədri. Bu necə olur, Ağalar Vəliyev ?
Sən hansı hüquqla Azərbaycan ərazisində ABŞ dolları ilə mənzil satırsan ?
İşlərin,''maxinasiyaların'' üstü açılan kimi işə Məhayətin Səlimanı və Abşeron Rayon məhkəməsinin sədri Elçin Kazımov girir. Axı qanunun aliliyini qorumalı olan hakim qanunları necə heçə saya bilər ? Məhkəmə sədri cinayətləri, maxinasiyaları necə ört-basdır edə bilər ?
Deməli, şirkətdə mənzillərin satışı nəqd həyata keçirilirsə, onda vergidən milyonlarla yayınma var.
Bütün bunlara görə, Məhayət Babayev və cənab deputat bir gün məhkəmə qarşısında cavab verəcəklər. gundelik baki.com/
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Bənzər xəbərlər

Gündəm

0.02079701423645