TənqidJul 05

Füzuli icra başçısı postu uğrunda SAVAŞ: Alı Alıyevin böyük sərvəti və saxtakarlıqları ÜZƏ ÇIXDI – SİYAHI

Füzuli icra başçısı postu uğrunda gərgin mübarizə yaşandığı iddia olunur.
GUNinfo.az-ın xəbərinə görə, icra başçısı A.Alıyevlə müavin Bağır Aslonov arasında açıq savaş başlayıb.
İddialarda, Füzuli rayon icra başçısının çox gizlinlərin açığa çıxartdıran müavin yaxın günlərdə Alıyevin yerinə gəlməsinin an məsələsi olduğu, yuxarılarla razılaşdırıldığı belə deyilir.
Verilən bilgilərə görə Bağır Aslanov uzun müddətdir ki, bu post uğrunda mübarizə apardığı, eyni zamanda B.Aslanovun böyük biznesə sahib olması da bildirilir.
Gələn xəbərlərdə Füzuli rayon iIcra başçısı Alı Alıyevin AXCP iqtidarı hakimiyyətinin son illərində H.Əliyevə və dövlətçiliyə qarşı olan güclərlə əlbir olduğu iddia olunur. Bundan başqa Alı Alıyev tutduğu vəzifədən istifadə edərək, rusiyada yaşaya qızını, 8 il bundan qabaq qaçqın məktəbindən birinə İngilis dili müəlliməsi təyin etdirərək, saxtakarlığa yol verdiyini sosial şəbəkədə Füzuli rayonu sakini müəllim Bayram Hacıyev Təhsil nazirinə videomüraciət edərək yayıb.
Bununla yanaşı Alı Alıyev onlarla mülklərə, çox sayda obyektlərə, 100 hektarlarla torpaq sahələrinə, 2 min başdan artıq iri və xırda buynuz mal -qaraya, bahalı avtobobillərə həmçin 20 yaxın 10-20 manatlıq, milyon manat tender əldə etmək üçün saxta MMC-lərə sahib olduğu da bildirilir. Oda deyilir ki, icra başçısı Alı Alıyev bu böyük sərvəti rayon rəhbəri vəzifəsinə gəldikdən sonra toplayıb. Bu isə oliqarx icra başçısının siyahıda olan böyük sərvətinin bir hissəsidir.
İdarəçilikdə böyük nöqsanlara yol verən Alıyevdən narazılıqlar çoxalmaqdadır. Füzuli rayon sakini, məcburi köçkün Bayram Hacıyev sakini olduğu rayonun icra başçı Alı Alıyevi korrupsiya cinayətlərində, qanunsuz və özbaşına hərəkətlər etməkdə və bu yollada dövlət əmlakını mənimsəməkdə ittiham edir. O, Prezident İlham Əliyevə etdiyi müraciətində qeyd etdiyi həmin faktların araşdırılmasını xahiş edir.
Hacıyevin ölkə başçısına etdiyi müraciətini olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Füzuli rayon sakini, Bayram Hacıyev tərəfindən

ƏRİZƏ

Füzuli rayonunu idarə edən müftəxor məmurlar tərəfindən ədalətsiz əməllərinin nəticəsinə görə və saxtakar qeyri-qanuni əməllərin başçısı həmdə Füzuli Rayon İcra Hakimiyyətinin(FRİH) başçısıdır. FRİH-nin başçısı əvvəllər Füzuli Suvarma Sistemləri İdarəsinin(SSİ) rəisi işləmiş indi də hal-hazırda ora 71 yaşlı öz yaxın qohumu Əhməd Cəlil oğlu Əsgərovun himayəsindədir. Belə ki, bu idarə 700 nəfərə qədər işçiyə malikdir. Lakin bu işçilərin əksəriyyəti işə getmirlər. Yalnız adları ştat cədvəlində gedir vəssalam. Ancaq onların hēr birinə ayrı-ayrılıqda(e.gov.az) hökumət portalında 450-500 azn əmək haqqı yazılsa da, böyük təssüf hissiylə qeyd etməliyəm ki, Füzuli SSİ-dən verilmiş və işçilərə məxsus olan karta 250-260 azn məbləğində əmək haqqı köçürülür. Belə ki, Ekskavator, Kamaz, Traktor, Kran markalı maşınlar idarə üçün deyil Alı və 71 yaşlı yaxın qohumu Əhməd üçün işləyirlər. Fakta gəldikdə isə, Kamaz markalı maşın 15 aprel 1981-ci il təvəllüdlü Zobucuq-2 qəsəbə sakini SSİ-nin işçisi Kənan Səfərov öz şəxsi texnikası kimi (başçı Alı və qohumu Əsgərovun əmrlərini yerinə yetirərək) işlədir.

Müəllim Bayram Hacıyev Füzuli icra başçısı Alı Alıyev

İki ədəd Ekskavator isə Arayatılı kənd sakinləri də Kənan kimi eyni səlahiyyətə məxsus iş görürlər. Bunlar azmış kimi 11AC241 Dövlət nömrə nişanlı Kran markalı maşındır. Sürücüsü Ramiz və digər Kran soferi Zobucuq-3 saylı qəsəbə sakini Vəli heç də bu birilərdən geri qalmadan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Nüşirəvan oğlu Alıyevin birbaşa sifarişlərinhəyata keçirirlər…“GUNinfo.az”

Ardı var
Qarşı tərəfidə dinləməyə hazırıq

Bənzər xəbərlər

Gündəm