Apr 19

Dövlət ittihamçısı cinayətkarlara niyə yumşaq cəza tələb edib-ŞİKAYƏT

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(099)-112/04-2021 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs, Surxayzadə Anar Fizuli oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.

Vətəndaş saytımız vasitəsilə Baş prokuror Kamran əliyevə müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

"Hörmətli Baş prokuror!

 

   2019-cu ilin 13 aprel tarixində İmişli rayon sakinləri Məmmədov Umudvar Mustafa oğlu, Şirəliyev Canəli Əvəz oğlu, Məmmədov Emin Mustafa oğlunun və qeyrilərinin qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən bıçaqlanaraq biri ağır olmaqla, 4 bıçaq zərəbəsi ilə xəsarət almışam və 3 aya yaxın müddətdə stasionar müalicə olunaraq, ağ ciyərimdən iki dəfə ağır cərrahi əməliyyata məruz qalmışam. Hal-hazırda da müalicələrim mütəmadi olaraq ambulator şəraitdə davam etdirilir, nəfəs almaqda çətinlik çəkirəm fiziki əməklə məşğul olarkən tez yoruluram, taqətdn düşürəm.

    Adları çəkilən şəxslər tərəfindən ağır xəsarət almağıma baxmayaraq İmişli rayon Polis Şöbəsinin İb-si həmin şəxslərdən yalnız Umudvar Məmmədovu və Canəli Şirəliyevi CM-nın 126.2.1, 126.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək, onlara həmin maddələrlə ittiham elan edərək işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi həmin məhkəmənin hakimi Nizami Quliyevin sədrliyi ilə məhkəmə kollegiyasının icraatına verilmişdir.  Təqsirləndirilən şəxslərə verilmiş ittihamı müdafiə etməli və onların əməllərini ifşa edərək, onlara qanunvericilikdə nəzərdə tutulmuş ağır cəza verilməsi tələb etməli olan dövlət ittihamçısı ( prokuror )  aprel ayının 15-də keçirilən məhkəmə iclası zamanı mənə xüsusi amansızlıqla xəsarət yetirmiş, uzun müddətdir ki, müalicə olunmağıma baxmayaraq hələ də sağala bilmədiyimi, əvvəlki fiziki sağlamlığımı bərpa edə bilmədiyimi nəzərə almayaq təqsirləndirilən şəxslərin hər birinə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədə xahiş etmişdir. Halbuki, təqsirləndirilən şəxslərin ittiham olunduğu 126.2.1, 126.2.3-cü maddələrin sanksiyasında cəzanın ən aşağı həddi 6 il, yuxarı həddi isə 11 il olaraq göstərilmişdir. Dövlət ittihamçının məhz ən aşağı həddi 7 il isəməsi onun zərərçəkmiş şəxsə qarşı qərəzli olması ilə yanaşı, onun bu işdə maraqlı olmasının göstəricisi hesab edirəm. Hesab edirəm ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədə dövlət ittihamını layiqincə müdafiə etməyən, işdə hansısa maraqlı olmasını nümayiş etdirən dövlət ittihamçısı barədə zəruri tədbirlər görülməlidir. Qeyd edilənəri nəzərə alaraq tabeçiliyinizdə olan dövlət ittihamçısı barədə müvafiq zəruri tədbirlət görməyinizi xahiş edirəm.

 

    Hörmətlə:

                Anar Surxayzadə /zərərçəkmiş şəxs/ "

Bənzər xəbərlər

Gündəm

0.019937992095947