Apr 11

İmişli prokurorluğundan və polisindən prezidentə ŞİKAYƏT

İmişli rayonu Soltanmuradlı kəndində qeydiyyatda olan Əliyev Əsgərxan İspərxan oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.

Həmin şikayəti olduğu kimi dərc edirik:

 

 

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova.

 

  Müraciət:

 

Cənab Prezident.

Şikayətim İmişli rayon Prokuroru Valeh Səmədov, İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Rəisi Ələhməd Əhmədovvə Baş Müstəntiq Nazim Hümbətov barəsindədir.

  Məlumat üçün bildirirəm ki, 21 oktyabr 2020-ci il tarixdə həmkəndlilərim Orxan Əlili və Ələsgər Əlili qardaşları məni bıçaqla öldürməyə cəhd etmişlər. Hadisə Ərazi üzrə İcra Nümayəndəsinin, Yuxarı Qaralar Bələdiyyəsinin sədrinin və Bələdiyyə üzvlərinin gözləri qarşısında baş vermişdir. Fakt barədə həmin şəxslər tərəfindən rəsmi akt tərtib olunmuşdur. İşin araşdırılması İmişli RPŞ-nin Təhqiqat Bölməsinə tapşırılsa da təhqiqatçı qəsdən süründürməçilik edərək iş üçün mühüm əhəmiyyət kəsb edən zəruri hərəkətlər etməyərək qarşı tərəfə havadarlıq etdi. Odur ki, bu barədə Cənab Prezident Sizə və digər yuxarı instansiyalara şikayət ərizələri yazıb qanunamüvafiq tədbir görülməsini xahiş etdim. Nəticədə bir neçə ay əvvəl materialın araşdırılması İmişli RPŞ-nin İstintaq Bölməsinə tapşırıldı. Hazırda İstintaq Bölməsi də Təhqiqat Bölməsi kimi süründürməçiliklə məşğuldur.

Dəfələrlə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Rəisi Ələhməd Əhmədovun və Baş Müstəntiq Nazim Hümbətovun qəbulunda olub süründürməçiliyə son qoyulmasını və mənə qarşı cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etsəmdə nəticəsi olmadı.

Bu barədə Prokuror cənab Valeh Səmədova müraciət etsəmdə, qanunların icrasına nəzarət etməli olan Prokuror heç bir tədbir görmədi. Artıq İmişli rayon Prokurorluğunda, İmişli rayon Polis Şöbəsində mənim kimi çoxsaylı insanların haqlı şikayətlərinə baxılmaması və tədbir görülməməsi adi hal almışdır. 6 aya yaxın bir müddət keçməsinəbaxmayaraq şikayətim barəsində qanunamüvafiq tədbir görülmür.

Birmənalı olaraq mənim vətəndaş kimi İmişli rayon Polis Şöbəsinə münasibətdə mövqeyim ondan ibarətdir ki, Şöbədə kadr islahatının aparılmasına ciddi ehtiyac zərurəti yaranmışdır. Axı nə üçün mən və mənim kimi yüzlərlə vətəndaş Sizə və digər yuxarı instansiyalara müraciət edib kömək olunmasını xahiş etməlidi? Belə olan təqdirdə yuxarıda adları göstərilən vəzifəli şəxslərin vəzifəsi nədən ibarətdir? Onlar mənim kimi vətəndaşların şikayətinə baxılmasını təmin etmək üçün və qanunun aliliyinin qorunmasına görə vəzifəyə təyin olunublar. Ancaq Prokuror Valeh Səmədov, İmişli rayon Polis Şöbəsinin əməkdaşları Ələhməd Əhmədov və Nazim Hümbətov öz vəzifələrini qanunamüvafiq icra etmirlər.

 

Xahiş edirəm qanunamüvafiq tədbir görülməsinə kömək edəsiniz.

  

Əlaqə : 050 668 88 94 “

Bənzər xəbərlər

Gündəm

0.044447898864746