Mar 18

Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!

Bir müddət əvvəl Ağcəbədi sakini işğaldan azad edilmiş Xocavənd və Füzuli rayonlarının ərazisinə getdikləri üçün polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər işğaldan azad olunan ərazilərə qanunsuz yollarla səfər ediblər. Həmin şəxslərə həbs yaxud cərimə tətbiq edlməsi haqda bildirilmədi. Güc strukturları bunu etməlidir. Çünki bu zonalara gediş təhlükəlidir. Minalanmış sahələrdə artıq neçə mülkü şəxs həlak olub.

Əfsuslar olsun ki, azad edilmiş torpaqlarda son günlər bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər.

Bu müraciəti Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirdi.

Prezident dedi ki, mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!

Bunu sosial şəbəkədə Zaur Şükürov adlı istifadəçi yayıb.
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!
"Yaşkanın kafesi” adlı bu yerin reklamını edən gəncə sonradan təpiniblər ki videonu sil. Yaşka isə deyilənə görə polis rəisinin sürücüsüdür, yaxud adamıdır. İndi təcili olaraq bu videonu paylaşan şəxslər dərhal şikayət olunur. Ancaq fakt faktlığında qalır. Həmin kafeyə metal alverçilərin dadandığı deyilir. Güc strukturları bu faktı araşdırmalıdırlar. Ötən il dekabrın 2-də İçişlidən olan yük maşını Zəngilanda qəzaya uğramışdı. Sürücünün oradan nə daşıdığı məlum deyildi.
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!
Zəngilanda kafe açmağa kim icazə verib, prezidentin qadağısını kim pozur?!
Görəsən Zəngilan Polis Şöbəsinin rəisi, eyni zamanda komendantı polis polkovnik-leytenantı Bəkir Cabbarov prezidentin tapşırığına niytə əməl etmir. Gərək bu gənclər də minaya düşsün?

Bənzər xəbərlər

Gündəm

0.022121906280518