May 26

Abşeron icra başçısının “qoçuları” Fatmaidə evləri dağıtdı - Fotolar

Abşeron rayon İcra Hakimiyyəti Fatmayi qəsəbəsində bir neçə evi dağıdıb. 
 
Mozalan.az xəbər verir ki, muxalifet.az icra başçısının göstərişi ilə Fatmaidə vətəndaşların evləri qanunsuz olaraq kütləvi surətdə sökdüyünü yazıb. Xəbərə görə, bu haqda məlumat verən sakinlər deyir ki, icra başçısı İradə Gülməmmədovanın əməkdaşları “Niva” avtomobilləri ilə əraziyə gələrək, ağır texnikanın köməyi ilə Fatmayi bağlarında aparılan tikintiləri heç bir əsası olmadan sökürlər.
 
Zərərçəkən vətəndaşlar bildirir ki, tikinti aparılması ilə bağlı vaxtında Abşeron rayon İcra Hakimiyyətinə lazımi sənədləri təqdim ediblər. Qanunla müəyyən olunmuş müddət ərzində İcra Hakimiyyətindən cavab gəlmədiyi üçün tikintiyə başlayıblar. Hansı ki, müvafiq qanunvericiliyə uyğun olaraq, İcra Hakimiyyətindən etiraz məktubu daxil olmadıqda, bu, vətəndaşın müraciətinə müsbət cavab verilməsi anlamına gəlir.
 
Bununla belə, icra başçısı İradə Gülməmmədovanın göstərişi ilə sakinlərə heç bir xəbərdarlıq edilmədən onları tikdiyi hasarların və evlərin kütləvi sürətdə söküntüsü aparılır.
 
 
Vətəndaşlar deyir ki, icar başçısı “qoçuları”nın bu özbaşınalığı sakinlər arasında kütləvi etiraza səbəb olub.
 

 

Bənzər xəbərlər

Gündəm

0.033371925354004