May 21

İcra Başçısının Korrupsiyasından Prezidentə açıq məktub

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
 
İbtidai istintaqı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan və məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən başa çatmış 160066056 saylı cinayət işi üzrə zərərçəkənlərin
 
K O L L E K T İ V   M Ü R A C İ Ə T İ
 
HÖRMƏTLİ PREZİDENT! Sizin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirdiyiniz islahatlarla yanaşı, 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanınız Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin müstəqilliyini təmin etməklə məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısını almış, şəffaflığı artırmış, məhkəmə icraatının effektivliyini yüksəltmişdir və s.. Bütün bu göstərilənlərə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyanı «qanun», korrupsioneri isə «ədalətli» hökmdar» etdiyi – Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun mütəşəkkil korrupsiyasına himayədarlıq edildiyi və məqsədli şəkildə onların cinayətləri ümumiyyətlə, istintaqdan gizlədildiyi, bəzi hallarda isə bu cinayətlərə qiymət verilmədiyi, əvəzində isə sifarişlə 3 (üç) nəfərin Azərbaycan Respublikası CM- nin dələduzluq və vəzifə saxtakarlığı (178.3.2 və 313-cü) maddələrilə təqsirləndirilən 160066056 saylı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin Kollegiyası tərəfindən (sədrlik edən hakim Novruz Kərimov) ləğv edilməsi və prokurorluq orqanları tərəfindən yeni cinayət işinin açılması üçün mövcud cinayətin aşağıda göstərilən məzmununun, obyektinin və subyektlərinin düzgün müəyyənləşdirilməsi bariz nümunədir. Bununla da adı çəkilən Məhkəmə Kollegiyası fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edildiyini göstərmişdir.
 
CİNAYƏTİN MƏZMUNU
 
Sosial vəziyyətləri çətin olan 220-dən çox ailə 7 (yeddi) ildir ki, Bakı şəhəri Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun mütəşəkkil korrupsiya, dələduzluq və quldurluq əməllərinin məngənəsində boğulur və acınacaqlı həyat tərzinə düçar olunmuşdur. Bu ailələr “ev vermək” adı ilə sərfəli vədlərlə aldadılaraq, onların dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərinə görə aldıqları konpensasiyalarını, kiçik evlərini və torpaq sahələrii satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırtdırıb və s. cəmi 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox pullarını mənimsənilmişdir.
 
CİNAYƏTİN OBYEKTİ VƏ SUBYEKTLƏRİ
 
Baş vermiş cinayət hadisəsi yüksək təşkilatlanmış, sabit tərkibli, cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlərə xas olan aşağıdakı mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilmişdir. Belə ki, cinayətin təşkilatçısı olan, mütəşəkkil cinayətkar qrupa rəhbərlik edən, zərərçəkmiş şəxslərin aldadılmasında istifadə edilən qanunsuz sərəncamları qəbul edən Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev; mütəşəkkil cinayətkar qrupun iyerarxiya üzrə üzvləri olan və zərərçəkmiş şəxslərin aldadılmasında istifadə edilən qanunsuz sərəncamların hazırlanmasına məsul olan və hazırlanmasında birbaşa iştirak edən səlahiyyətli dövlət məmurları – Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov; Nərimanov RİH-in Hüquq şöbəsinin müdiri Firdovsi Calalov; Nərimanov RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri Əli Həsənov; eyni zamanda Bakı ŞİH-in aparatının sabiq rəhbəri Rasim Quliyev; Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (Az. GƏC) adından tərtib edilmiş saxta razılıq məktubları əsasında bizləri qanunsuz olaraq Az. GƏC-in yataqxanasına qeydiyyata almış Nərimanov RPİ-in məsul vəzifəli şəxsləri; Nərimanov RİH-in sərəncamlarının (dövlət sənədinin) özgəninkiləşdirilməsinə şərait yaradan və başqa şəxslərə satılmasında iştirak edən notariuslar; bizlərdən birbaşa pulların alınmasının təşkilatçısı, birbaşa pulların alınmasında iştirak edən və təhrikçi olan Natiq Məmmədov adlı şəxs və onun 10 nəfərdən çox “makler”ləri və s. mülkiyyətdən insan və vətəndaş hüquqları, azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə “PİRAMİDA” formasında mütəşəkkil birləşərək, dövlət məmurları statuslarından, təmsil etdikləri orqanların statuslarından, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından məharətlə istifadə etməklə törətmişlər. Hörmətli Prezident! Bu islahata qədər hakimlər çox vaxt prokurorluq orqanlarından qarşılarına gələn ittiham aktının tövsifini dəyişdirməyi cəsarət etmirdilər. Hal-hazırda isə adı çəkilən islahat ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına və məhkəmələrə etimadın möhkəmləndirilməsinə dayanıqlı zəmin yaratmışdır. Bu yuxarıda göstərilənlərlə yanaşı, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsində Sizə uğurlar arzulayaraq öz minnətdarlığımızı bildiririk və ümid edirik ki, prokurorluq oranlarında da hal-hazırki məhkəmə-hüquq sisteminin islahatına uyğun cinayətkarlara himayədarlıq edilməklə sifarişlə cinayət işlərinin açılmasına, məhkəmələrdə belə dövlət ittihamlarının müdafiəsinə və protest verilməsinə son qoyulacaq, prokurorluq orqanlarının da cəmiyryətdə roluna yenidən baxılacaq, onların fəaliyyətləri beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılacaqdır.
 
 
 

Bənzər xəbərlər

Gündəm

0.047641038894653