Apr 10

Beyləqanda şah qanundur, yoxsa Rəşid?

Beyləqanda polis rəisi Rəşid Piriyevin yarıtmaz fəaliyyətindən naraziciliq durmadan artmaqdadır.
Bu səfər "Kral Rəşid"-in tabeliyində olan DYPB-nin əməkdaşları özbaşınalıq edir. Vətəndaşlardan qanunlara əməl etməyi tələb edən Beyləqan yol polisləri özləri bu qanunları pozurlarsa həmin rayonda polis rəisi Rəşid Piriyevin hansı uğurundan danışmaq olar? Vətəndaşlardan daxil olan faktlara əsasən 10.04.2019-cu il tarixdə, saat 14:00 radələrində Beyləqan RPŞ DYPB-nin əməkdasi BMW markalı, 99-YP-636 dovlət nömrə nişanlı operativ nəqliyyat vasitəsi ilə açıq-aşkar rayonun mərkəzi maqistral küçəsində qoşa xəttin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək təhlükəli manevr edib. Bəs görəsən bu kimi yol hərəkət qaydalarını ciddi pozan yol polislərinə qarşı hansı cəza dusur? Təbii ki ölkəmizdə yollarda bu kimi inzibati qayda pozuntulari AR İXM ilə tənzimlənir və dövlətimizin Ali qanunlarında polis və vətəndaş arasinda ayrı seçkilik nəzərdə tutulmamışdır. Bəzi hallarda vətəndaş haqqsiz olsada, fakt odurki hazirki məsələdə yol polisi haqqsizdir. Bu səfər öz aramızdır, yol polisi yaman ilisibaaaaa)) Ulu öndərimiz Heydər Əliyevin böyük əziyyətlə qurduğu müstəqil, demokratik və hüquqi dövlətin qanunlarina əsasən, cinsindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq hamı qanun qarsi bərabərdir və bu qanunlara hörmət qoymayan polis əməkdaşı Dİ orqanlarında işləyən bilməz. Bəs yaxşı yollarda qaydalara əməl etməyi sadə vətəndaşlardan tələb edən, lakin ozu bu qaydaları pozaraq inzibati xəta torətmis polis əməkdaşına kim protokol yazmalıdır? Görəsən bu məsələdə inzibati xəta törətmiş polisə cərimə yazilacaqmi?
Polis rəisi Rəşid Piriyev bununla bağlı (əgər varsa) fikirlərini bilmək çox maraqlı olardir. Beləliklə reallıq budur ki, DİN-i çox hörmətli cənab Ramil Usubovun illərlə qazanilan və qorunan bu nazirliyin nüfuzuna polis rəisi xələl gətirir və kölgə salır, etimadını dogrultmur. Bu qanunsuz və yarıtmaz fəaliyyəti ilə Rəşid Piriyev Beyləqanda polis və sakinlər arasında böyük uçurum yaradilir, vətəndaslari dövlətdən narazı salir. İnanırıq ki inzibati xətaya yol vermiş həmin yol polis əməkdaşına qarşı tezliklə Ulu öndərimiz Heydər Əliyevin əziyyətlə qurduğu dövlətimizin qanunlarına əməl edilərək ədalətli cəza veriləcəkdir. Qanunlarimiza hörmət olunub-olunmayacagina artıq zaman göstərəcək.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bizi izləməyi unutmayın.

Bənzər xəbərlər

Gündəm

0.049582004547119