Jul 23

2 saylı İstintaq Təcridxanasının rəis müavini keyf edir

Bu günə qədər ölkə mətbuatında Penitensiar Xidmətdəki özbaşınalıqlardan və haqsızlıqlardan kifayət qədər məqalələr yazılıb. Həmin məqalələrin əksəriyyətinə "yalandır, həqiqəti əks etdirmir" və.s kimi açıqlamalar verilib. Yəni, heç bir halda təqdim olunan faktlar obyektiv araşdırılmayıb. Bilirsiz niyə? Çünki Penitensiar Xidmətin rəhbər şəxsləri əldə olunan rüşvət və korrupsiyadan lazimi yerlərin paylarını verirlər. Buna görə də razılaşmanın şərtlərinə uyğun olaraq, heç bir şikayət araşdırılmamalıdır. Növbəti yazılarımızda hansı dövlət orqanlarına aylıq haqq verilməsi barədə ətraflı məlumat verəcəyik.

24SAAT.az -ın məlumatına görə 7GUN.az-a göndərilən videoadan görünür ki, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının tərbiyə işləri üzrə rəis müavini vəzifəsini icra edən Elşad Abbasov bir neçə tanışı ilə birlikdə dövlət tərəfindən ona verilmiş xidməti avtomobillə dağlarda gəzir, istirahət edir. Maraqlıdır ki, xidməti avtomobil Elşad Abbasova dağlarda gəzib kef eləmək üçünmü verilib? Əlbəttə, yox!

Belə bir məlumat var ki, Elşad Abbasova rahatca əl-qol açmağa 2 saylı İstintaq Təcridxanasının rəisi Asif Quliyev şərait yaradıb. Bu heç də əbəs yerə deyil. Onların eyni rayondan olduğu və Elşad Abbasovu bu vəzifəyə məhz Asif Quliyevin gətirdiyi bildirilir.

Asif Quliyevi Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla və kadrlar şöbəsinin rəisi Əflatun Məmmədovla hansı gizli tellər bağlayır? Onların işbirliyindən Ədliyyə Naziri Fikrət Məmmədovun xəbəri varmı? Bu və digər sualların cavabları tezliklə açıqlanacaq.


 

Bənzər xəbərlər

Gündəm

0.073114156723022