Mar 31

Şəhid anası məhkəmə hakimlərindən prezidentə şikayət etdi- MÜRACİƏT

 

 İmişli rayonu, Qulubəyli kənd sakinləri, şəhid anası Astanova Ayna Səmid qızı və şəhid qardaşı Ocaqov Nurlan Atamoğlan oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub. Şəhid ailəsinin prezidentə  yazdığı məktubu olduğu kimi dərc edirik:

 

 

“Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənablarına.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti

Xanım M. Əliyevaya.

Azərbaycan Respublikası Milli Məclisin sədri S.Qafarovaya.

Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab F.Məmmədova.

Azərbaycan Respublikası Ali Məhkəmənin sədri cənab R.Rzayevə.

Ombudsman, Xanım S.Əliyevaya.

Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi cənab K.Bədəlova.

Hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakim Kəmaləddin Bədəlov) icraatında olan 8-1(102)-2/2021 saylı iş ilə əlaqədar İmişli rayonu Qulubəyli kənd sakinləri, şəhid anası Astanova Ayna Səmid qızı və şəhid qardaşı Ocaqov Nurlan Atamoğlan oğlu tərəfindən

 

 Ş İ K A Y Ə T         Ə R İ Z Ə S İ :

Cənab Prezident.

    Şikayətimiz Azərbaycan Respublikası Ali Məhkəmənin hakimi İspəndiyar Şəfiyevin qəbul etdiyi qanunsuz qərar barəsində və hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakim Kəmaləddin Bədəlov) icraatında olan 8-1(102)-2/2021 saylı iş ilə əlaqədardır.

   Bildiririk ki, son 14 ildə yaxın qohumumuz  Məhəmməd Ocaqov öz qanunazidd hərəkətləri ilə bizi narahat etməklə həyatımızı məhv etmişdir. Təzyiq və təsir vasitəsi kimi istifadə etdiyi əsassız və boş sözlər yığnağından ibarət olan  çoxsaylı şikayət ərizələri yazmaqla yuxarı instansiyaların diqqətini öz qanunsuz əməllərindən yayındırmaq məqsədi güdür və məhkəmələrin M.Ocaqovun şəxsi maraqlarına uyğun qərar çıxartmasına əvvəlcədən hesablanmış qanunazidd bir əməldir.

Son 14 ildə Qulubəyli Bələdiyyəsi və 6 saylı Beyləqan Ərazi İdarəsi  ilə Məhəmməd Ocaqov arasında baş verən bəlkədə yüzdən artıq çoxsaylı məhkəmə prosesləri məhz mənim icarəmdə olan 0.10 ha göl sahəsi və oğlum Nurlan Ocaqovun 0.04 ha həyətyanı torpaq sahəsi ilə əlaqədardır. Ali Məhkəmənin hakimləri qanuni qərarları ləğv etməklə vətəndaş Məhəmməd Ocaqovun qanunazidd hərəkətlərinə rəvac verməklə  bu proseslərin daha da uzanmasına birbaşa yardım edirlər. Axı, maraq nədir?

Vətəndaş Məhəmməd Ocaqovun məqsədi ona 0,40 ha göl sahəsinə görə verilmiş  RX №0703034 saylı Çıxarış sənədinə müvafiq verilmiş Plan və Ölçü sənədini ləğv etdirərək, mənim 0,10 ha göl sahəmi və oğlum Nurlanın 0,04 ha həyətyanı torpaq sahəsini bizdən məcburi alıb sənədləşdirərək yeni Çıxarış sənədi və həmin Çıxarış sənədi əsasında  Plan və Ölçü sənədi almaqdan ibarətdir.

  28.07.2020-ci il tarixdə Sizə və digər yuxarı instansiyalara şikayət ərizələri və mətbuat vasitəsilə müraciət edib geniş məlumat verərək Ali Məhkəmənin hakimləri Xəqani          Məmmədovun və Aqil Abbasovun ayrı-ayrı vaxtlarda qəbul etdikləri qanunazidd qərarlara görə onların cəzalandırılmasını xahiş etsəkdə  nəticəsi olmamışdır.

   Hakim Xəqani Məmmədov 08 fevral 2017-ci il tarixli 2-1(102)-460/2017 saylı qərarla Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-318/2016 saylı 12 oktyabr 2016-cı il tarixli qərarını ləğv edərək qanunsuz olaraq üçüncü şəxs Ocaqov Məhəmməd Şirvan oğlunun tələbini yerinə yetirmişdir.

  Hakim Aqil Abbasov 02.06.2020-ci il tarixli 2(102)-1884/2020 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1682/2019 saylı 06 noyabr 2019-cu il tarixli qərarı ləğv edərək cavabdeh Ocaqov Məhəmməd Şirvan oğlunun Kassasiya şikayəti qanunsuz olaraq təmin etmişdir.

   Ali Məhkəmənin hakimi İspəndiyar Şəfiyev 12 avqust 2020-ci il tarixdə İş №8-1(102)-04/2020 saylı qərarla iş üzrə icraata xitam verilməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin  29.02.2016-cı il tarixli 8(86)-61/2016 saylı qərardadından şikayət verilməsi üçün müddətin bərpa olunmasından imtina haqqında Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(106)-29/2020 saylı qərarından tələbkar Ocaqov Məhəmməd Şirvan oğlu tərəfindən verilmiş şikayəti üzürlü səbəb olmadan 4 il müddət keçdikdən sonra təmin etmişdir. Hakim İspəndiyar Şəfiyev  qanundan kənar, öz şəxsi mülahizələrinə uyğun, ağılasığmayan qərar qəbul etmişdir. Bu qərarla müddət bərpa olunduqdan  sonra Məhəmməd Ocaqov Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına  Apelyasiya Şikayəti etsə də onun şikayəti təmin olunmamışdır.   Məhəmməd Ocaqovun Şirvan Apelyasiya Məhkəməsinin həmin qərarından hazırda Ali Məhkəməyə Kassasiya Şikayəti vermişdir. İş 8-1(102)-2/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixdə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə baxılacaqdır.Hazırda Ali Məhkəmənin icraatında olan eyni məzmunlu iddia tələbləri ilə iddiaçı Məhəmməd Ocaqov 2018-2020-ci illərdə dəfələrlə Şirvan İnzibati Məhkəməsinə və Şirvan Apelyasiya Məhkəməsinə müraciət etsədə onun tələbi təmin olunmamışdır. Həmin qərarlardan Kassasiya Şikayəti verilməmişdir. Bu barədə bildiririk ki, Ocaqov Məhəmməd Şirvan oğluna AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 0,40 ha göl sahəsinə görə Seriya RX №0703034 saylı Çıxarış sənədi verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli 2-1(086)-2877/2017 saylı qərarı  ilə mərzçəkmə işləri aparılmasına dair iddiaçı Ocaqov Məhəmməd Şirvan oğlunun iddia tələbi təmin olunaraq cavabdeh 6 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icra edilməsi üçün 28.02.2018-ci il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 08.05.2018-ci il tarixli 62684/2018 saylı qərarına əsasən Şirvan inzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli 2-1(086)-2877/2017 saylı qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı M.Ocaqov Beyləqan rayon İcra və Probasiya Şöbəsinin həmin qərarının ləğv edilməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə şikayət versədə məhkəmənin 28 iyun 2018-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmişdir.   Şirvan İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(120)-277/2020 saylı qərardadı ilə iddiaçı Ocaqov Məhəmməd Şirvan oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri  Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı RX 0703034  saylı Çıxarış sənədinə əsasən sahib olduğu A 018448 saylı torpaq sahəsinin  Plan və Ölçü sənədinin ləğv olunmasına dair iddia tələbi qanunsuz və əsassız olduğundan  baxılması mümkünsüz hesab edilmişdir. M.Ocaqov həmin qərardaddan Şirvan Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti versədə 09 iyun 2020-ci il tarixli İş 2-1(106)-375/2020 saylı qərarı ilə Apelyasiya şikayəti təmin edilməmişdir.

    Hazırda Məhəmməd Ocaqovun Ali Məhkəməyə verdiyi Kassasiya şikayəti qanunsuz və əsassızdır. Məgər M.Ocaqov ona yerində göstərilib tanıtdırılmış mülkiyyətində olan 0.40 ha göl sahəsinin 14 il ərzində harada yerləşməsindən məlumatı olmaya bilərdimi? Əlbətdə məlumatı var idi. Odur ki, Kassasiya şikayəti təmin edilməməlidir.

Cənab Prezident, Sizdən və Yuxarı instansiya rəhbərlərindən, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevdən və Hakim Kəmaləddin Bədəlovdan 8-1(102)-2/2021 saylı iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirik.”

 

Bənzər xəbərlər

Gündəm

0.02849292755127